Şərqi Azərbaycan intiharların sayına görə İranda 1-ci yerdədir

2020-09-10 18:53

Şərqi Azərbaycan əyaləti intiharların sayına görə İran əyalətləri arasında birinci yeri tutur.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə, Şərqi Azərbaycan Əyaləti Tibbi Ekspertiza Mərkəzinin rəis Əli Səfayifərd “Nəsr” xəbər agentliyinə verdiyi müsahibədə məlumat verib.

 

Şərqi Azərbaycan əyalətində intiharların sayı son 8 ildə ciddi şəkildə artıb. Əyalətdə baş verən ölüm hallarının 1.5 faizinin səbəbi intihardır.

 

“Nəsr” agentliyinin verdiyi məlumata əsasən, intihara təşəbbüs və ölümlə nəticələnən intiharların sayı son 8 il ərzində 100 min nəfərdə 106 nəfərdən 171 nəfərə çatıb.

 

Raportda həmçinin bildirilib ki, faydalı və sağlam bir ömür sürmə motivasiyasının olmaması üzündən narkotik maddələr və spirtli içkilərə üz gətirmək, yüksək riskli sürücülük, eləcə də tibbi problemlərin vaxtında müalicə edilməməsi nəticəsində baş verən ölüm halları da nəzərdə tutulduqda bu rəqəm iki dəfə artır. Mütəxəssislər bu ölüm hallarını “səssiz intihar” adlandırır.

 

Şərqi Azərbaycan əyalətinin Səhiyyə Mərkəzinin Ruhi və Sosial Sağlamlıq Departamentinin direktoru Vahab Əsl Rəhiminin verdiyi məlumata əsasən, intihar halları qadınlarda kişilərə nisbətən daha çoxdur.

 

Onun fikrincə, məcburi nikahlar, ailə daxili münaqişələr, qadınlara qarşı zorakılıq və məişət problemləri bunun əsas səbəbləridir.

 

Kişilərdə isə intihara təşəbbüsün əsas səbəbi məişət problemləridir.

 

Bu barədə açıqlama verən Təbriz Tibb Elmləri Universitetinin psixiatriya şöbəsinin müəllimi Sepidə Herisçi bildirib: "Gənclərin böyük bir faizinin işsiz olması, qida, geyim, mənzil və s. kimi ehtiyaclarının ödənilməməsi, cəmiyyətdə yaşamaq ümidinin aşağı olması insanların mənəvi vəziyyətinə və həyatdan zövq almasına ciddi şəkildə mənfi təsir göstərir”.

 

Raportda Şərqi Azərbaycanda intihar nisbətinin milli ortalama ilə müqayisədə daha yüksək olduğunun narahatlıq yaratdığı vurğulanaraq yerli məsullardan məsələ ilə bağlı ciddi tədbirlər görmələri istənilib.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İran Zəngəzurda iki tunel tikməyi planlaşdırır

2021-06-18

gun az article

İranda silahlı insident: Qaşqay türkü hücuma məruz qaldı-FOTO

2021-06-18

gun az article

Gilanda həbslər olub: "Seçkini pozmaq" ittihamı ilə 27 nəfər saxlanılıb

2021-06-18

gun az article

Güney Azərbaycanın Şəbistər mahalında seçkilər dayandırıldı

2021-06-18

gun az article

Mərənddə siyasi məhbus Əlirza Fərşiyə dəstək şüarları yazılıb

2021-06-18

gun az article

İranda prezident seçkiləri: Səsvermə sönük keçir-VİDEO

2021-06-18

gun az article

Tanınmış araşdırmaçı Brenda Şaffer Xudafərin körpüsünü ziyarət edib

2021-06-18

gun az article

Beynəlxalq Əfv Təşkilatı: "İbrahim Rəisi cinayət məsuliyyətinə cəlb olunmalıdır"

2021-06-18

gun az article

İranda seçki: Təbriz və Zənganda sistem çökdü, səsvermə 4 saat gecikdi

2021-06-18

gun az article

"İnqilab liderini təhqir etmək"də suçlandırılan milli fəal barədə həbs qərarı çıxarıldı

2021-06-18

gun az article

GünazTV June.17.2021-Sözümüz: Seçkilər

2021-06-18

gun az article

GünazTV June.17.2021- Düşünməyə Çağırı: Milli Simvollarımız, İranda Sözdə Seçkilərdə Azərbaycan

2021-06-17

gun az article

Güney Azərbaycan prezident seçkilərində iştirak etməyəcək: “Hamısı yalan danışır, səs verməyəcəyik”-VİDEO

2021-06-17

gun az article

Sərəskənddə qadın xeyriyyəçi məktəb tikdirir

2021-06-17

gun az article

Güney Azərbaycan üzrə COVİD-19 statistikası açıqlandı

2021-06-17

gun az article

Güneyli siyasi məhbuslar Evin həbsxanasının ETTELAAT bölməsinə köçürülüb

2021-06-17

gun az article

“Urmu Birlik Səsi”nin namizədlər siyahısı ilə bağlı təxribat- Əhməd Obalı xəbərdarlıq etdi-VİDEO

2021-06-17

gun az article

Məhbus qardaşlar Təbriz həbsxanasının “12-ci məhkumlar” bölməsinə köçürülüb

2021-06-17

gun az article

“Tikantəpə Birlik Səsi” seçki qrupu seçki siyahısı yayınladı

2021-06-17

gun az article

Prezidentliyə namizəd İbrahim Rəisi Təbrizdə türk dilininin inkişafı ilə bağlı vədlər verdi

2021-06-17