SON XƏBƏRLƏR

Şərqi Azərbaycan Kənd Təsərrüfatı Təşkilatı Qaradağda meşə ağaclarının kəsilməsinə qadağa qoyub

2021.10.20, 07:36
Şərqi Azərbaycan Kənd Təsərrüfatı Təşkilatı Qaradağda meşə ağaclarının kəsilməsinə qadağa qoyub

Gunaz.tv

GünAz TV: Azərbaycanlı ətraf mühit tərəfdarlarının etirazından sonra Qaradağ məntəqəsində meşə ağaclarının kəsilməsinin qadağan edilməsinə dair qərar verilib.

 

Məlumata görə, Şərqi Azərbaycan Kənd Təsərrüfatı Təşkilatının rəisi dekabrın 27-də bu barədə əmr imzalayıb.

 

Göstərişdə Kəleybər, Xudafərin, Əhər, Hurand, Vərziğan və Culfa şəhərlərinin Kənd Təsərrüfatı Təşkilatlarının məsullarına növbəti xəbərdarlığa qədər bütün növ ağacların kəsilməsinin qadağan edildiyi elan olunub.

 

Qadağa qərarı azərbaycanlılar Qaradağ məntəqəsində çox sayda ağacın şimal (Gilan) bölgəsinin ağac şirkətləri tərəfindən kəsildiyinə etiraz etdikdən sonra verilib.

 

Kəleybərin İran parlamentindəki millət vəkili Quliullah Quluzadənin dediyi kimi, dövlət ölkənin şimalında “meşələrin tənəffüsü” adlı bir layihəni həyata keçirərək ağacların kəsilməsinə 10 illik qadağa qoyub. Bu səbəbdən bir ildən çoxdur ki, şimal bölgəsinin ağac şirkətləri Qaradağ məntəqəsinə üz tutaraq müxtəlif növ ağacları dəyər-dəyməz qiymətinə alır və öz fabriklərinə daşıyırlar.

 

Urmu gölü böhranı ilə bağlı Güney Azərbaycanda əlavə yaşıllıq sahəsinə ehtiyav var. Bu, ən azı göldən qalxan duz və qum fırtınalarının ətraf məntəqələrə yayılmasının qarşısını almaqda müəyyən rol oynaya bilər. Belə bir vəziyyətdə onsuz da məhdud olan yaşıllıq sahələrinin sıradan çıxarılması Azərbaycanın ətraf mühitini ciddi təhlükə ilə üz-üzə qoyur.

 

Şərqi Azərbaycan Kənd Təsərrüfatı Təşkilatının qəbul etdiyi qərar

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar