Şərqi Azərbaycan mühacirətə görə İranda birinci yeri tutur

2020-08-28 13:55

Güney Azərbaycanın Şərqi Azərbaycan əyaləti əhalinin başqa məntəqələrə mühacirəti üzrə ölkədə birinci yeri tutur.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə, Şərqi Azərbaycan əyalətinin valisi Məhəmməd Rza Purməhəmmədi məlumat verib.

 

O, bu məsələni “acı həqiqət” adlandıraraq əlavə edib ki, əyalətdən başqa yerlərə köçün əsas səbəbi iqtisadi və məişət şəraitinin ağır olması və iş imkanlarının məhdudluğudur.

 

Vali bildirib ki, işsizlik probleminin həlli üçün əyalətdə aktiv olan istehsal müəssisələrinin fəaliyyətinin  davam etməsinə şərait yaratmaq və böhranla üzləşərək fəaliyyətini dayandırmış şirkətlərin problemlərini həll etmək valiliyin qısamüddətli və ortamüddətli planları arasında yer alır.

 

Purməhəmmədi eyni zamanda Şərqi Azərbaycanın tranzit potensialına toxunaraq üç beynəlxalq nəqliyyat dəhlizinin bu əyalətdən keçdiyini bildirib.

 

“Tranzit baxımından yaxşı infrastrukturumuz olsa da beynəlxalq nəqliyyat dəhlizləri tam işlək vəziyyətdə deyil,” deyə o əlavə edib.

 

Daha əvvəl Şərqi Azərbaycan əyalətinin İdarəetmə və Planlaşdırma Təşkilatının rəisi Davud Behbudi bildirmişdi ki, iş qüvvəsi bölgədən köç etdiyinə görə Şərqi Azərbaycanda işsizlik səviyyəsi aşağı görünür, adambaşına düşən gəlir isə ölkənin orta hesabından aşağıdır.

 

Qeyd edək ki, Güney Azərbaycanın bir çox şəhər və kəndlərində əhalinin sayı azalır. Buna səbəb yerli əhalinin işsizlik və yoxsulluqdan fars bölgələrinə üz tutmasıdır. Onların köçməsi Azərbaycanın qərb bölgəsində demoqrafik dəyişikliyə və kürdlərin bölgəyə köçməsi kimi problemlərə də səbəb olur. Fars bölgələrinə köçən Azərbaycan türklərinin əksəriyyəti bir-iki nəsil sonra assimilyasiya siyasətinə məruz qalaraq farslaşır.

 

 Həmçinin son illərdə çox sayda soydaşımız Güney Azərbaycandan Türkiyə və Şimali Azərbaycana köç edərək müxtəlif sahələrdə önəmli uğurlar qazanıblar. Bu isə İran rəsmilərinin ciddi narahatlığına səbəb olub.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Oct.21.2020: Qarabağ davası Dünya mediasında, İrançılar nədən ermənilərə dəstək verirlər

2020-10-22

gun az article

GünazTV Oct.21.2020 : “Azərbaycanın şanlı ordusu 27 il sonra Zəngilanı işğaldan azad etdi!”

2020-10-21

gun az article

Milli fəal Vəhid Bəyzadə həbs edilib

2020-10-21

gun az article

13 milli fəal Təbrizin İnqilab məhkəməsinə çağırılıb

2020-10-21

gun az article

Təbriz etirazında tutulan milli fəal Həmid Məhəmmədtağızadə zindana köçürülüb

2020-10-21

gun az article

Milli fəal Zeynal Tənhayi müvəqqəti azadlığa buraxılıb

2020-10-21

gun az article

Ciral parkında tutulan fəallar Ərdəbilin Mərkəzi həbsxanasının müvəqqəti saxlama təcridxanasına köçürülüblər

2020-10-21

gun az article

Məsullar Təbrizdə son etirazlarda tutulmuş xanımlarla bağlı məlumat vermirlər

2020-10-21

gun az article

Ceyhun Bayramov Moskvaya gedib

2020-10-21

gun az article

Doktor Maşallah Rəzmi Qarabağla bağlı Kanadanın "Pəyam Radiosu"na müsahibə verib

2020-10-21

gun az article

Milli fəallar Vudud Əsədi və Məhəmməd Eyni həbs edilib

2020-10-21

gun az article

GünazTV Oct.20.2020-Özümüz: Əhməd Şah Dönəmi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 -GÜNDƏM MASASI: Azərbaycana qarşı İran və Ermənistanın düşmənçiliyi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 : “Azərbaycan və Ermınistanın Xarici İşlər Nazirləri Vaşinqtonda görüşəcək”

2020-10-20

gun az article

Milli fəal Rza Zarei həbs edilib

2020-10-20

gun az article

Daha iki güney azərbaycanlı milli fəal müvəqqəti azadlığa buraxılıb

2020-10-20

gun az article

Milli fəallar Aydın Zakiri və Rza Seyyid Nuri müvəqqəti sərbəst buraxılıb

2020-10-20

gun az article

Son etirazlarda azı 10 güney azərbaycanlı xanım həbs edilib

2020-10-20

gun az article

GünazTV Oct.19.2020: PARLAQ GƏLƏCƏK: Güney Azərbaycan oyaqdı, Ordumuza Dayaqdı (1/3)

2020-10-20

gun az article

GünazTV Oct.19.2020 : “Azərbaycan ordusu üç rəngli bayrağımızı Xudafərin körpüsünə sancdı”

2020-10-19