Şərqi Azərbaycana qarşı ədalətsizlik: "Hökumət elektrik enerjisinin bölgüsünü düzgün aparmır"

2021-04-30 11:10

Şərqi Azərbaycan sənaye elektrikindən ən az payı olan əyalətlərdəndir.  Bu barədə əyalətin elektirik sənayesi mütəxəssisi Arəş Reyhani Niya bildirib.

Gunaz.tv Quote | Gunaz article

O, elektrik enerjisinin bölünməsində Şərqi Azərbaycan əyalətinə qarşı ədalətsizlik edildiyini bildirib.

Elektrik enerjisi sahəsi mütəxəssisləri Şərqi Azərbaycanın xüsusi elektrik enerjisi istehsalındakı payının az, təxminən yüzdə 2,4 olduğunu qeyd edib, gələcəkdə bu strateji sahəyə qoyulan investisiyalarla bu payın artacağına ümid etdiyini deyib.

 

Xüsusilə, Şərqi Azərbaycanın qəsəbələrində və sənaye bölgələrində elektrik enerjisinin ötürülməsindəki məhdudiyyətlərə toxunan ekspert enerjinin bütün ölkəyə ədalətli paylanması üçün Enerji Nazirliyinin bu problemin həllinə daha çox diqqət yetirməsinin vacibliyini vurğulayıb.

 

Arəş Reyhani Niya Təbrizin “azərəncümən” xəbər saytına verdiyi müsahibədə Şərqi Azərbaycan əyalətindəki elektrik sənayesinin vəziyyəti haqqında fikirlərini açıqlayıb.

 

"Şərqi Azərbaycan əyaləti ölkənin iki müstəqil dövlət, bir muxtar respublika ilə quru sərhədləri olan yeganə əyalətidir. Bununla yanaşı Şərqi Azərbaycan qonşu əyalət vasitəsilə başqa iki dövlətlə sərhəd sayılır. Bundan başqa əyalətimizin qısa yolla Rusiya, Gürcüstan və Qara dəniz kimi bazarlara əl tapmaq imkanı var. Bu üstünlüklərə Yaxın Şərqin çox az bölgəsində rast gəlmək olar”-deyə, o, bildirib.

 

Təbrizli mütəxəssis Təbrizin hazırkı durumundan gileylənib: "Şəhərdə sənaye çoxdan mövcud olub.

Müasir dövrdə bu şəhər hər zaman ölkədə sənayenin öncüllərindən biri olub, lakin təəssüf ki, son illər ərzində əyalətdə sənayenin inkişafı başqa əyalətlərlə müqayisədə ürək açan deyil".

Şərqi Azərbaycan əyalətindəki elektrik enerjisi sənayesinin əsas problemlərindən danışan Arəş Reyhani Niya deyib: "Bir neçə statistikanı araşdırsaq, əyalət sənayesinin iş yerlərinin açılması sahəsində digər sənaye əyalətlərindən geri qaldığını açıq şəkildə görə bilərik.

 

Bu sahədə Şərqi Azərbaycan əyalətində iş yerlərinin açılmasının nisbəti 37 faiz olduğu halda, bu rəqəm İsfahan əyalətində 40,2 faiz, Əlborz əyalətində 44 faiz və Mərkəzi əyalətdə 40 faizdir.

Bununla da sənayenin inkişafı, xüsusilə də böyük sənaye sahələrində ölkənin digər sənaye əyalətləri ilə müqayisədə Şərqi Azərbaycan əyalətinin ümumi elektrik sənayesi istehlakında çox az bir payının olduğunun şahidi oluruq".

 

Arəş Reyhani Niya hpökuməti bu bölgənin enerji sahəsinə diqqəti artırmağa çağırıb: "Əyalətin bu sahə üzrə mütəxəssisləri adından deyirəm ki, lazımi şərait yaradılsa, ölkənin elektrik sənayesi avadanlıqlarına olan ehtiyacını ödəyər, üstəlik Qafqaz bölgəsinin enerji  bazarında çox böyük bir paya sahib ola bilərik. Ancaq bunun üçün məsulların Şərqi Azərbaycan əyalətinə diqqət ayırmaları lazımdır”.

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Zənganda su böhranı yaşanır

2021-05-18

gun az article

İran PUA-sı Azərbaycan sərhədində uçuşlar edib-FOTOLAR

2021-05-18

gun az article

Güney Azərbaycanda koronavirus mənzərəsi: Əyalətlər üzə son STATİSTİKA

2021-05-18

gun az article

Urmuda etiraz aksiyası keçirilib

2021-05-18

gun az article

Axtarışda olan Azərbaycan vətəndaşları Tehranda aksiya keçirib-FOTO, VİDEO

2021-05-18

gun az article

Təbrizdə cinayətkar şəbəkə ifşa edildi

2021-05-18

gun az article

Qərbi Azərbaycan əyalətində 1100 tarixi əsər tapılıb

2021-05-18

gun az article

Şərqi Azərbaycanda su böhranı gözlənilir-Direktordan XƏBƏRDARLIQ

2021-05-18

gun az article

Zənganda bərpaya ehtiyacı olan tarixi abidələrin siyahısı açıqlandı

2021-05-18

gun az article

Urmulu millət vəkili hökumətə çağırış etdi

2021-05-18

gun az article

Milli fəal Əli Vasiqi həbsxanaya qayıdıb

2021-05-18

gun az article

GünazTV May.17.2021: PARLAQ GƏLƏCƏK: Bizim Milli İstəklərimiz Seçkilərlə Reallaşmır, Məntəqədə Gərginlik və Güney Azərbaycan

2021-05-18

gun az article

Güneyli siyasi məhbus Siyamək Mirzayiyə ağır itki üz verdi: Bacısı vəfat edib

2021-05-17

gun az article

Təbrizdə etiraz aksiyası keçirilib: "Boş süfrələrimizi düşünün”

2021-05-17

gun az article

Güney Azərbaycanda zəlzələ baş verib

2021-05-17

gun az article

Həmədanda koronavirus statistikası: Daha 9 nəfər vəfat etdi

2021-05-17

gun az article

Güneyli millət vəkili Tikantəpənin iqtisadi problemlərindən danışdı: "Yollar insanların qətl yerinə çevrilib"

2021-05-17

gun az article

Təbrizdə Füzuli adına parkın açılışı olub-VİDEO

2021-05-17

gun az article

Tanınmış güneyli aşıq Səbur Şərifi vəfat edib

2021-05-17

gun az article

Güneyli ailə övladlarına 11 aydan sonra "Anar" adı ilə kimlik sənədi ala bilib 

2021-05-17