SON XƏBƏRLƏR

Şərqi Azərbaycan valisi: Azərbaycan ictimaiyyəti ana dilində təhsil hüququ tələb edir

2021.10.20, 07:36
Şərqi Azərbaycan valisi: Azərbaycan ictimaiyyəti ana dilində təhsil hüququ tələb edir

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda əhalinin türk dilində təhsil almaq tələbini artıq bəzi yerli məsulların dilindən də eşitmək mümkündür.

 

Məlumata görə, Şərqi Azərbaycan valisi Məhəmmədrza Purməhəmmədi yanvarın 31-də Miyana şəhərində keçirilən bir konfransda çıxışı edərkən bu məsələyə toxunub.

 

“Türk dili zəngin folklor və ədəbiyyata malikdir. Ona görə də təhsil nazirindən istəyirik ki, bu barədə qərar qəbul edərək gələcək illərdə bu dilin məktəblərdə tədris olunmasına şərait yaratsın”- deyə Şərqi Azərbaycan valisi bildirib.

 

Valinin ana dilində təhsil məsələsinə toxunması konfrans iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.

 

Ötən illərdə türk dilində təhsil almaq hüququ, türk dilində ölkə üzrə yayımlanan telekanalın təsis edilməsi, həmçinin türk dili və ədəbiyyatı mədəniyyət evinin yaradılması haqda bir neçə yerli məsul, o cümlədən millət vəkilləri tələb irəli sürüblər.

 

Bu zəmində yanvarın 21-də Urmiyənin İran parlamentindəki millət vəkili Nadir Qazipur nəçənci dəfə olaraq İran parlamentində çıxış edib.

Millət Vəkili İran Teleradio Şirkətinin rəhbərliyinə şifahi xəbərdarlıq edərək İranda ölkə üzrə yayımlanan 24 saatlıq türk dilində bir telekanalın yaradılmasını tələb etmişdir.

 

Azərbaycanlı millət vəkili may ayında da İranda 40 milyonluq türk cəmiyyəti üçün ana dilində bir televiziya kanalı, həmçinin türk dili və ədəbiyyatı mədəniyyət evinin yaradılmasını istəmişdir.

 

Həmin ayda Urmiyənin digər millət vəkili Hadi Bahaduri də oxşar tələblə çıxış edərək İranda türk dilində televiziya kanalının təsis edilməsini tələb etmişdir.

 

İran rejimi ölkədə xarici dillərin tədrisinə külli miqdarda vəsait xərclədiyi halda, əhalinin təxminən 40 faizini təşkil edən Azərbaycan türklərinin ana dilinin tədrisinə icazə vermir. Türklərin bütün İranda yayımlanan televiziya və qəzeti də yoxdur. Bütün bunları rejimin irqçi siyasətindən başqa heç bir məntiqlə izah etmək mümkün deyil.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar