Şərqi Azərbaycan valisi məktəblərdə ana dilinin tədris olunmasını tələb edib

17.07.2019, 09:07

GünAz TV: Şərqi Azərbaycan valisi Məhəmmədrza Purməhəmmədi məktəblərdə ana dilinin tədris olunmasını təkidlə tələb edib.

O bu barədə iyulun 16-da Şərqi Azərbaycan Təhsil Şöbəsi Şurasının keçirdiyi tədbirdə danışıb.

 

Məhəmmədrza Purməhəmmədi bildirib ki, ana dilinin tədris olunması böyük əhəmiyyət kəsb edir. Bununla bağlı ölkə konstitusiyasında xüsusi maddə də var. Ona görə də hesab eliyirəm ki, əyalətin bir çox məktəbində ana dili tədris olunmalıdır.

 

Vali əlavə edib ki, bir çox ictimai problemi aradan qaldırmaq üçün təhsil sahəsinə xüsusi diqqət yetirilməlidir.

“Təbriz Universitetində türk dili və ədəbiyyatı ixtisası yaradılıb, bununla bağlı bu günə qədər heç bir poroblem ortaya çıxmayıb. Demək ki, məktəblərdə də problemsiz şəkildə ana dilini tədris etmək mümkündür.

Yol hərəkət qaydalarına riayət etməmək, oğurluq, inşaat sahəsində yol verilən qanunsuz hərəkətlər, bina evlərində insanlar arasında lazım olan davranış qaydalarına əməl etməmək və s. kimi məsələlərin kökündə təhsil amili dayanır. Təhsil məsələsinə lazmı qədər əhəmiyyət verilərsə, bir çox ictimai problem öz həllini tapar.”- deyə o vurğulayıb.

 

Şərqi Azərbaycan valisi sözlərinin davamında qeydiyyata alınması üçün şagirdlərin valdeyinlərindən pul tələb edən məktəb direktorlarına da xəbərdarlıq edib. O bildirib ki, məktəbə yardım yalnız könüllü şəkildə edilə bilər. Yardım adı ilə valdeyinlərdən pul tələb edən məktəb direktorları qanuna uyğun şəkildə ağır cəzalandırılacaq.

 

Qeyd edək ki, İranda ana dilində təhsil tələbi qeyri-fars millətləri tərəfindən irəli sürülən ən önəmli sosial tələbdir. Ölkənin prezident kimi yüksək rütbəli vəzifəli şəxsləri məsələ ilə bağlı dəfələrlə vədlər versələr də, bu istiqamətdə heç bir əməli addım atılmır. Konstitusiyanın 15-ci maddəsində İranda etniklər və yerli dillərin məktəblərdə tədris olunması və kütləvi informasiya vasitələrində azad şəkildə istifadə edilməsinin sərbəst olduğu qeyd olunub.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Küveytdə neft sızması səbəbindən fövqəladə vəziyyət elan edilib

2023-03-20

gun az article

Səudiyyə Ərəbistanı 12 ildən sonra Suriyada konsulluq açacaq

2023-03-20

gun az article

İranda insanlar övladlarına geyim ala bilmir"-Xudabəxş Rzayi

2023-03-20

gun az article

Qızıl mədəninə silahlı basqın: 9 nəfər öldürüldü

2023-03-20

gun az article

Bu gün Novruz bayramıdır

2023-03-20

gun az article

Avstraliya İrana qarşı əlavə sanksiyalar tətbiq edib

2023-03-20

gun az article

“Azadlıq səsi”- “Terrorçu İranın qonşuluq diplomatiyası” və “Güney Azərbaycanın strateji xətti və milli duruşu” -VİDEO

2023-03-20

gun az article

İranlı narkotacirdən onlayn yolla heroin alan Mingəçevir sakini tutulub

2023-03-20

gun az article

Rusiyanın Ukraynadakı itkilərinin sayı 165 000-i ötüb

2023-03-20

gun az article

Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib

2023-03-20

gun az article

Ceyhun Bayramov Brüsselə gedib

2023-03-20

gun az article

Xankəndi-Laçın yolunda ekoaksiyanın 99-cu günü: etirazçılar ruh yüksəkliyi ilə tələblərini irəli sürürlər

2023-03-20

gun az article

Ermənistan Zəngilan istiqamətində atəşkəsi pozub, sərhədçimiz yaralanıb

2023-03-20

gun az article

Azərbaycan XİN xalqı Novruz bayramı münasibətilə təbrik edib-FOTO

2023-03-19

gun az article

Yaponiya Sahil Mühafizəsi: Şimali Koreya ballistik raket atıb

2023-03-19

gun az article

"Odlar yurdu, cazibədar, heyrətamiz gözəlliyə malik ölkə" - “The Travel” Azərbaycandan yazıb

2023-03-19

gun az article

Azərbaycan Prezidenti Ermənistanın 29 min kvadratkilometr ərazidə rahat yaşaması üçün şərti açıqlayıb

2023-03-18

gun az article

Dövlət başçısı Talış kəndində Novruz tonqalını alovlandırıb

2023-03-18

gun az article

İranda polisi öldürməkdə ittiham edilən şəxs edam edildi

2023-03-18

gun az article

Ermənistan səfirliyimizə hücumu pisləyən bəyannaməyə qarşı çıxdı

2023-03-18