Şərqi Azərbaycan valisinin müavini: Süngün əhalisinin tələblərinə baxılacaq

10.10.2019, 10:03

GünAz TV: Süngün kəndi əhalisinin “Süngün mis mədəni”ni çalışdıran şirkətə qarşı etirazları uzun müddətdir davam edir. Bu dəfə Şərqi Azərbaycan valisinin müavini məsələyə baxılacağı barədə söz verib.

 

Əliyar Rastqu Süngün kəndi əhalisi valilik binasının qarşısında etiraz yığıncağı keçirdikdən sonra bu barədə “Nəsr” agentliyinə danışıb.

 

“Valilik kənd əhalisinin etirazlarını diqqətdə saxlayacaq. Bu barədə artıq Vərziğan Şəhər İcra Hakimiyyəti və Süngün Mis Şirkətinə xəbərdarlıq da edilib.

Əhalinin mis şirkəti ilə mülkiyyət ixtilafı var. Onların tələbinə baxılması barədə çərşənbə günü Şəhər İcra Hakimiyyəti və Süngün Mis Şirkətinə göstəriş verilib.”- deyə o bildirib.

 

Süngün kəndinin əhalisi oktyabrın 9-da torpaq  sahələrinin mis şirkəti tərəfindən mənimsənildiyinə etiraz olaraq Şərqi Azərbaycan Valiliyinin qarşısında etiraz yığıncağı keçirib. Yığıncaq zamanı “Biz Süngün əhalisini köməksiz buraxmayın”, “Əyalət rəhbərliyindən vədlərinə əməl etmələrini tələb edirik”, “Nə üçün Süngün mis mədəni özbaşına buraxılıb?!”, “Hörmətli vali bu promlemin həllində bizə yardımçı olun” və s. kimi sözlər yazılmış plakatlar qaldırılıb.

 

Azərbaycan Süngün Mis Mədəni Yaxın Şərqin ən böyük mis mədənidir. Bu mədəni çalışdıran şirkətin bank hesabları Kirman və Tehran şəhərlərində yerləşir. Mədəndən əldə olunan gəlir isə yerli olmayan şirkət və fiziki şəxslərə nəsib olur. Bu məsələ uzun illərdir yerli əhali və bəzi məsulların etirazına səbəb olmaqdadır.

Ötən il bir sıra azərbaycanlı millət vəkilləri ilə birlikdə Vərziğanın imam cüməsi cənab Məhdəvi və Təbrizin imam cüməsi Al-i Haşim sözügedən mədəndən əldə olunan gəlirin yerli əhaliyə nəsib olmamasından şikayətlənərək şirkətin bank hesabının Şərqi Azərbaycana intiqal edilməsini tələb etmişdilər.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

2023-03-23

gun az article

Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

2023-03-23

gun az article

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb-VİDEO

2023-03-23

gun az article

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycan sərhədinə gəlib

2023-03-23

gun az article

Milli fəal Pərviz Siyabi məzuniyyətə buraxılıb

2023-03-23

gun az article

Güneyli məhbusun vəziyyəti ilə bağlı BMT nümayəndəsinə məlumat verildi

2023-03-22

gun az article

Qaşqay gəncin dəfn mərasimi hökumətə qarşı etiraz aksiyasına çevrilib-VİDEO

2023-03-22

gun az article

Bu sistemə son zərbəni Təbriz vuracaq – Xəbərdarlıq

2023-03-22

gun az article

“Özümüz” proqramında müzakirə: “Bayram dəblərimizi qoruyaq” və "25 mart yürüşü”- VİDEO

2023-03-22

gun az article

İranda hökumət məmurları Qaşqay türkünü qətlə yetirib

2023-03-21

gun az article

Bir sıra güneyli fəallar yaz bayramını həbsxabada keçiridilər

2023-03-21

gun az article

"Parlaq gələcək": “İranın ərazi bütövlüyü nə deməkdir” və “Pəhləvi sülaləsi: mumiyalanmış cəsəd”

2023-03-21

gun az article

BMT nümayəndəsi Güney Azərbaycan təşkilatının konfransına qatılacaq

2023-03-21

gun az article

İsrailli nazir: "Güney Azərbaycanın qurulması reallıqdır" 

2023-03-20

gun az article

“Dəyirmi masa”da müzakirə: “25 mart Brüsseldə “Azadlıq, Ədalət, Milli hökumət” şüarı”

2023-03-19

gun az article

"Bir bayrağımız var, o da Azərbaycanda dalğalanan bayraqdır"-Əhməd Obalı

2023-03-18

gun az article

Öldürülən güneyli gəncin ailəsinə təzyiqlər davam edir

2023-03-18

gun az article

Güneyli yazıçı Vəli Rai Şücai vəfat edib

2023-03-18

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-18

gun az article

İranda qaşqaylara qarşı təzyiqlər davam edir-VİDEO

2023-03-18