Şərqi Azərbaycan valisinin müavinindən Azərbaycan şəhərləri arasında nifaq salmağa çalışan Ərdəbilin imam cüməsinə reaksiya

09.01.2019, 12:48

GünAz TV: Ərdəbilin manqurt imam cüməsi Həsən Amulinin Təbrizlə Ərdəbil şəhərləri arasında nifaq salmağa çalışması bəzi yerli məsullar tərəfindən də pislənilib.

 

Şərqi Azərbaycan valisinin müavini Rəhim Şöhrətifər bu barədə İnstaqram səhifəsində məlumat yayaraq imam cümənin təhrikedici sözlərini pisləyib. O bildirib ki, Həsən Amuli vaxtı ilə Gilan Əyalətinə ilhaq edilən Astaranı yenidən Ərdəbilə birləşdirərsə, daha yaxşı olar.

 

“Kiçik bir məsələ ilə bağlı imam cümənin çıxışı yayıldı. Onun çıxışı, kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə siyasi fəallar və internet istifadəçilərinin reaksiyasına səbəb oldu. Halbuki, bu məsələ bir zəng etməklə öz həllini tapa bilərdi.

İmam cümənin çıxışında Ərdəbil Valiliyi qarşısında etiraz yığıncağı keçirmək kimi hədələyici fikirlər səsləndirilib. Əslində buna ehtiyac yox idi. Şərqi Azərbaycan Valiliyi və Daxili İşlər Nazirliyindən məlumat alıb və bir zəng etməklə bu məsələni həll etmək olardı. Bu şəkildə daha iki əyalətin əhalisini əsəbləşdirməyə ehtiyac qalmazdı”- deyə o yaydığı postun bir hissəsində qeyd edib.

 

Təbriz Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı sözlərinin sonunda Həsən Amuliyə önəmli təklif də irəli sürüb. O bildirib ki, imam cümə öz nüfuzundan istifadə edərək qanun çərçivəsində vaxtı ilə Gilan Əyalətinə birləşdirilən Astaranın yenidən Ərdəbil Əyalətinə ilhaq edilməsi məsələsi ilə məşğul olmalıdır. Bu məsələ Ərdəbil Əyalətinin inkişafına və Astara əhalisinin əsas arzusunu reallaşmasına səbəb ola bilər. Ona görə ki, onlarla Ərdəbil əhalisi arasında adət-ənənə, dil və yerli mədəniyyət baxımından xüsusi yaxınlıq var.

 

Ərdəbil Əyalətində yerləşən “İmarət” kəndi Daxili İşlər Nazirliyi tərəfindən Şərqi Azərbaycana birləşdirildikdən sonra, Həsən Amuli ərdəbilli gənclərlə birlikdə Təbrizin əleyhinə etiraz aksiyası keçirməyi planlaşdırdığını bildirmişdir.

Daxili İşlər Nazirliyi 2018-ci il noyabrın 6-da Germi məntəqəsində yerləşən “İmarət” kəndinin Hurand məntəqəsinə ilhaq edilməsi barədə qərar qəbul edib.

Həsən Amuli buməsələdən sui-istifadə edərək Şərqi Azərbaycan və Ərdəbil Əyaləti arasında təfrəqə salmağa səy göstərib. O cümə namazı xütbələrində bildirib ki, Nazirlər Kabineti bu yanlışlığı dərhal aradan qaldırmasa, yerli gənclərlə birlikdə Ərdəbil Valiliyinin qapısını bağlayacaq, valini isə istirahətə göndərəcək.

 

Həsən Amuli o halda belə bir mövqe sərgiləyir ki, o Ərdəbil Əyalətində yerləşən “Heyran gədiyi” ərazisinin Gilana ilhaq edilməsi ilə bağlı edilən cəhdlərə, həmçinin nəhəng Muğan Aqrosənaye Şirkətinin olduqca ucuz qiymətə özəlləşdirilməsinə qarşı səssiz qalıb. O bütün azərbaycanlıların etiraz etdiyi “Heyran gədiyi” məsələsinə heç bir reaksiya verməyib və Ərdəbil gənclərini bu önəmli hadisəyə görə aksiya keçirməyə çağırmayıb. Bütün bunlar göstərir ki, imam cümənin məqsədi əyaləti qorumaq deyil, yalnız Azərbaycan əyalətləri və şəhərləri arasında nifaq salmaqdan ibarətdir.

 

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

XİN sözçüsü: Ermənistan tərəfi sülh sazişi üzrə danışıqlara hələ də qayıtmayıb

2023-03-25

gun az article

"Hərbçilərin sayı artırılmalıdır"-Medvedev

2023-03-25

gun az article

“Havadarları Ermənistanı müharibəyə təhrik edir”-Politoloq

2023-03-25

gun az article

İran tarixdə ən uzun inflyasiya dövrünü yaşayır

2023-03-25

gun az article

İran Azərbaycanla sərhəddə yeni hərbi təlimlərə hazırlaşır

2023-03-25

gun az article

İsrail və İngiltərə baş nazirləri arasında İranla bağlı danışıq olub

2023-03-25

gun az article

BMT-də İran və Ermənistan haqqında sərt sözlər – VİDEO

2023-03-25

gun az article

Prezident İlham Əliyev yunanıstanlı həmkarına təbrik məktubu göndərib

2023-03-25

gun az article

İranda uruc tutmayanların iş yerləri bağlanır

2023-03-25

gun az article

ABŞ senatoru: "İran neft emalı zavodları vurulsun"

2023-03-25

gun az article

İranda yol qəzalarında hər gün 40 nəfər həyatını itirir

2023-03-25

gun az article

Zahidanda nümayişlər keçirilib

2023-03-25

gun az article

Suriyada öldürülən İrana bağlı qüvvələrin sayı artdı

2023-03-25

gun az article

Sarqsyan: “Ermənistan hakimiyyətinin gücü onun həyasızlığındadır”

2023-03-25

gun az article

“Forbes”: “Rusiya Azərbaycan Ordusunun müharibə təcrübəsindən yararlana bilərdi”

2023-03-25

gun az article

Ukrayna kəşfiyyatı: “Rusiya vətəndaşları Krımdan çıxır”

2023-03-24

gun az article

Sülhməramlıların yerləşdiyi ərazimizdəki qanunsuz erməni silahlıları mövqelərimizi atəşə tutub

2023-03-24

gun az article

Britaniya Azərbaycan Ordusunun hərbçiləri üçün təlim keçib

2023-03-24

gun az article

Əli Xameneyinin istefasını tələb edən qadının ağır həbs cəzası təsdiq edildi

2023-03-24

gun az article

BMT nümayəndəsi Tehran rejiminə qarşı təzyiqlərin artırılmasını istədi

2023-03-24