SON XƏBƏRLƏR

Şərqi Azərbaycan xəstəxanaları tibb bacılarının sayı baxımından standartlara uyğun deyil

2021.10.20, 07:36
Şərqi Azərbaycan xəstəxanaları tibb bacılarının sayı baxımından standartlara uyğun deyil

Gunaz.tv

GünAz TV: Şərqi Azərbaycan Əyalətinin xəstəxanalarında 3 min tibb bacısına ehtiyac var.

 

“Fars” xəbər agentliyinin verdiyi məlumata görə, bu sözləri Şərqi Azərbaycan Tibb Bacıları işləri üzrə Təşkilatın rəyasət heyətinin rəisi Məhəməd Raşidi bildirib.

 

“Xəstəxanaya müraciət edən insanlar hansısa sıxıntı və ya xəstəlikdən əziyyət çəkir. Onlara xidmət etmək lazımdır. Bunun üçün yetəri qədər tibb bacısına ehtiyac var. Lakin Şərqi Azərbaycan Əyalətində tibb bacısı çatışmır. Hal-hazırda əyalətdə əlavə 3 min tibb bacısına ehtiyac var. Bu məsələ öz həllini taparsa, daha yüksək səviyyədə xidmət göstərmək olar. Şərqi Azərbaycan xəstəxanaları tibb bacılarının sayı baxımından beynəlxalq səviyyədə və ölkədə müəyyən edilmiş standartlara uyğun deyil.”- deyə o bildirib.

 

Məhəmməd Raşidi əyalətdə tibb bacısı ixtisası üzrə müəllim və öyrəncinin az olduğunu da diqqətə çatdırıb.

 

Təşkilatın rəisi sözlərinin sonunda vurğulayıb ki, mən öz həmkarlarımdan utanıram. Onların haqlı hüquqları təmin olunmur. Tibb bacıları arasında 8 aydan 22 ayadək əmək haqqını ala bilməyən həmkarlarımız var.

 

Qeyd edək ki, son vaxtlar Güney Azərbaycanın bütün əyalətlərində xəstəxanalarda xidmətin zəif olması, tibbi avadanlıq və kadr çatışmazlığı və digər problemlərdən şikayətlər artıb. Bu vəziyyət əyalətlərin mərkəzi şəhərlərində fəaliyyət göstərən səhiyyə müəssisələrinə də  aiddir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar