Şərqi Azərbaycanda koronavirusa yoluxma kəskin artdı: Xəstəxanalarda yer çatışmazlığı yaranıb

2021-04-20 11:47

Koronavirusun dördüncü dalğasının başlaması ilə əlaqədar Şərqi Azərbaycan xəstəxanalarında yer çatışmazlığı yaranıb. 

Gunaz.tv Quote | Gunaz article

Bu barədə Təbriz Tibb Elmləri Universitetinin Yoluxucu Xəstəliklər şöbəsinin direktoru doktor Simin Xəyyatzadə bildirib. 

Onun sözlərinə görə yoluxma sayı kəskin artdığından ölüm halları öncəki həftələrə nisbətən 6 dəfə çoxalıb.

 

O, koronovirusa yoluxanların xəstəxanalara axın etdiyini, yeni yoluxanları xəstəxanalara qəbul etməyin mümkün olmadığını və ağır durumda olan xəstələrin sayının günbəgün artdığını qeyd edib.

 

Xəyyatzadə Şərqi Azərbaycan əyalətinin bütün şəhərlərinin təhlükəli qırmızı vəziyyətdə olduğunu, bununla belə hələ də ictimai məsafə və karantin qaydalarına lazimi səviyyədə əməl edilmədiyini deyib.

"Hələ pandemiyanın dördüncü dalğasının daha təhlükəli mərhələsi qarşıdadır, belə davam edərsə gündəlik  yoluxma və ölüm sayı indikindən qat-qat çox olacaq”-deyə, o, əlavə edib.

 

Təbriz Tibb Elmləri Universitetindən verilən məlumata görə, Şərqi Azərbaycan əyaləti pandemiyanın yayılma səviyyəsinə görə çox ağır durumdadır. 

 

Martın ikinci yarısında xəstəxanalarda müalicə alan koronavirus xəstələrinin sayı 400 nəfər civarında olduğu halda, bu gün bu rəqəm 1500-ə yüksəlib.

Bununla yanaşı hal-hazırda əyalət xəstəxanalarında ağır durumda olan  130 xəstə süni tənəffüs aparatına qoşulub. Əyalətin bir neçə şəhərində xəstəxanalara xəstə qəbulu dayandırılıb.

 

Vaksinasiyanın cüzi sayda olması və virusa qarşı lazım olan dərman preparatlarının qıtlığı durumun dahada faciəli yöndə inkişaf etməsinə səbəb olub.

Qeyd edək ki, 4 milyondan çox əhalisi olan Şərqi Azərbaycan əyalətində bu günə kimi peyvənd olunanların sayı 20 min nəfərə belə çatmayıb.

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranda bu günə qədər "korona"dan 116 min 436 ölüb -RƏSMİ RƏQƏMLƏR

2021-09-17

gun az article

Ərdəbildə istehsalatda ölüm halları artıb: Son aylarda yüzlərlə işçi yaralanıb

2021-09-17

gun az article

Qarabağa gedən yük maşınlarına icazə kağızı verən ETTELAAT məmurudur

2021-09-17

gun az article

Qaşqay türklərinin tanınmış şairi vəfat edib

2021-09-17

gun az article

Zənganda içməli su qıtlığı: Kəndlər susuz qalıb

2021-09-17

gun az article

İranın şimal-qərbində terrorçu qrup zərərsizləşdirilib- Dövlət Sərhəd Xidməti

2021-09-17

gun az article

Həmədanın məşhur Ağ gölü quruyub

2021-09-17

gun az article

Zənganda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-09-17

gun az article

Zənganda 1000-dən çox layihənin icrası yarımçıq qalıb

2021-09-17

gun az article

Məlikanda çörək bahalaşdı

2021-09-17

gun az article

Şərqi Azərbaycanda savadlılıq səviyyəsi aşağı düşüb

2021-09-17

gun az article

Vərziğanda etiraz aksiyası: Kəndlilər yolu bağladı

2021-09-16

gun az article

Həmədanda tarixi abidə dağılmaq üzrədir

2021-09-16

gun az article

Qəzvin şəhərinin meri vəzifəsinə SEPAH komandiri gətirildi

2021-09-16

gun az article

Qərbi Azərbaycan əyalətində təhsil işçiləri çatışmır

2021-09-16

gun az article

“Dünyanın fosil cənnəti” layihəsinin tamamlanma işləri yarımçıq qalıb

2021-09-16

gun az article

Qəzvinli idmançı Belçikada keçiriləcək dünya çempionatına qatılacaq

2021-09-16

gun az article

Milli fəal barəsində məhkəmə qərarı çıxarılıb

2021-09-16

gun az article

"Milyonlarla insanın həyatı təhlükədədir"- Azərbaycanlı millət vəkili İran prezidentinə müraciət etdi

2021-09-16

gun az article

Ərdəbildə siyasi məhbus Ruzbeh Piriyə dəstək aksiyası keçirilib

2021-09-16