Şərqi Azərbaycan: Yerli məsulların vergi dərəcəsinin artırılmasına etirazları artır

2017-01-16 08:48

GünAz TV: Gələn ilin (hicri-şəmsi təqvimi ilə 1396-cı il) büdcə layihəsində Şərqi Azərbaycan vilayəti üçün nəzərdə tutulan vergi dərəcəsinin 13.9 faiz artırılması yerli məsulların kəskin etirazına səbəb olub.  

 

Məsələyə öz etirazını bildirən Şərqi Azərbaycan Sənaye Müdirləri Dərnəyinin rəisi qeyd edib ki, ötən illərdə də Şərqi Azərbaycanda yüksək vergi dərəcəsi tətbiq olunub və əhali yüksək miqdarda vergi ödəyib. Bəlkə də dövlət bizdən vergi almağı rahat gördüyünə görə vergi səhmimizi biraz da artırıb.

 

“Büdcə layihəsi göstərir ki, dövlətin gələn ildə iki gəlir mənbəyi var: Neft və vergi. Ölkə vilayətlərində vergi artımı orta hesabla 9.4 faizdir. Lakin bu rəqəm Şərqi Azərbaycan üçün 13.9 faizdən ibarətdir. Bu, ölkənin orta hersabından 60 faiz çoxdur. Məsələn vergi dərəcəsi Tehran vilayətində 6.7, Qərbi Azərbaycanda 7 və İsfahan vilayətində sadəcə 2 faiz artıb”- deyə Baqir Şərifzadə vurğulayıb.

 

Şərqi Azərbaycan Sənaye Müdirləri Dərnəyinin rəisi problemi aradan qaldırmaq üçün yerli millət vəkillərinə xitabən bildirib ki, millət vəkillərimiz bununla bağlı məsələ qaldırmalı və soruşmalıdır ki, nə üçün Şərqi Azərbaycan vilayəti Tehran, İsfahan, Xorasan və s. kimi vilayətlərdən daha çox vergi ödəməlidir?!

 

Təbriz, Azərşəhr və Üskünün İran parlamentindəki millət vəkili Zəhra Sai də məsələyə münasibət bildirərək bunun qəbuledilməz olduğunu bildirib.

 

“Şərqi Azərbaycan əhalisi və istehsal müəssisələri sahiblərinin ədalətsiz vergi artımı ilə bağlı nigaranlıqları olduqca doğrudur. Belə bir layihə təsdiq olunarsa, təbiiki bu məsələni parlamentdə qaldıracayıq. Biz millət vəkilləri də bu məsələdən narahatıq və artıq müəyyən müzakirələrə başlamışıq. Çalışacayıq ki, digər vilayətlərlə müqayisədə Şərqi Azərbaycan əhalisinin haqqı tapdalanmasın”- deyə azərbaycanlı millət vəkili bildirib.

 

Xatırladaq ki, gələn ilin büdcə layihəsində Şərqi Azərbaycan üçün nəzərdə tutulan 13.9 faizlik vergi artımının digər vilayətlərlə müqayisədə həddindən artıq çox olması, rejim Azərbaycana qarşı ayrı-seçkilik siyasətinin daha bir nümunəsi kimi qəbul olunur. Yerli məsullar hazırlanan büdcə layihəsi təsdiq edilmədən, ona düzəliş etdirməyə çalışırlar. Bundan öncə də Təbriz, Azərşəhr və Üskünün millət vəkilləri Şəhabəddin Bimiqdar və Əhməd Əlirza Beygi oxşar açıqlamalarla çıxış edərək Şərqi Azərbaycanda vergi dərəcəsinin ədalətsiz şəkildə artırılmasına etiraz ediblər.

 

N.S

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Ermənistanın Baş Prokurorluğu qarşısında toqquşmalar olub, saxlanılanlar var

2021-04-22

gun az article

Mikayıl Cabbarov: “Azərbaycan İsraildə turizm və ticarət bürosu açmağı planlaşdırır”

2021-04-22

gun az article

Azərbaycanda daha 2610 nəfər COVID-19-dan sağalıb, 39 nəfər vəfat edib

2021-04-22

gun az article

Fransalı hüquqşünaslar Gəncəyə səfər edib

2021-04-22

gun az article

Sabah YAP İdarə Heyətinin iclasında Hüseynbala Mirələmovun məsələsinə baxılacaq

2021-04-22

gun az article

DİN kibercinayətkarlıqla bağlı vətəndaşlara müraciət edib

2021-04-22

gun az article

Türkiyəyə göndərilən daha 2 qazimiz sağalaraq Vətənə qayıtdı

2021-04-22

gun az article

Rusiya ordusunu Ukrayna sərhədlərindən geri çəkir: Şoyqu təlimlərin bitdiyini açıqladı

2021-04-22

gun az article

Cəbrayılın Şahvələdli kəndi - VİDEO

2021-04-22

gun az article

Abbas Axundi: “Sanksiyalardan yayınmaq üçün 400 milyard dollar xətcləmşik”

2021-04-22

gun az article

Fransalı hüquqşünas Ağdamda açıqlama verib: “Avropalılar bura gəlib, hər şeyi öz gözü ilə görməlidir”

2021-04-22

gun az article

Akar: “Azərbaycan və Ermənistan arasında atəşkəs yeni bir səhifənin açılması üçün fürsətdir”

2021-04-22

gun az article

İranda COVİD-19-dan daha 453 nəfər vəfat edib: Virus qurbanlarının sayı 68 min nəfəri keçib – RƏSMİ STATİSTİKA

2021-04-22

gun az article

Mərivanda kürdlərlə silahlı qarşıdurma: 2 “Sepah”çı öldürüldü

2021-04-22

gun az article

İsrail səfirinin müavini Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib

2021-04-22

gun az article

Abşeron rayonunda Palçıq Vulkanları Turizm Kompleksinin təməli qoyulub

2021-04-22

gun az article

“Yeni klinika”nın direktoru həbs edildi

2021-04-22

gun az article

Qarabağda ölən erməni hərbçilərə təzminat verilir - Rəsmi ölü sayı 4 mini keçib

2021-04-22

gun az article

MAQATE: “İran Nətənz təsisatında inkişaf etdirilmiş əlavə sentrifuqalar quraşdırıb”

2021-04-22

gun az article

“İranın bu hərəkəti islam həmrəyliyi ilə bir araya sığmır”-Baş redaktor

2021-04-22