SON XƏBƏRLƏR

Şərqi Azərbaycan yollarında 323 nəfər yol qəzalarında həlak olub

2021.10.20, 07:36
Şərqi Azərbaycan yollarında 323 nəfər yol qəzalarında həlak olub

Gunaz.tv

GünAz TV: Cari ilin birinci 4 ayında (İranda yeni il Novruz bayramında başlayır) Şərqi Azərbaycan yollarında baş verən yol qəzalarında 323 nəfər həlak olub, 6241 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

 

Bu barədə Şərqi Azərbaycan Tibbi Ekspertiza Mərkəzinin baş direktoru Artın Kamali “Fars” xəbər agentliyinə danışıb.

 

“Tibbi Ekspertiza Mərkəzində olan məlumata görə, cari ilin birinci 4 ayında baş verən yol qəzalarında 323 nəfər həlak olub. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 9 faiz artım göstərir.”- deyə o bildirib.

 

Artın Kamalinin sözlərinə görə, ötən ayda (hicri-şəmsi təqvimi ilə tir ayında) yol-nəqliyyat hadisələrində ölənlərin sayı 93 nəfər olub. Bu rəqəm də bir il əvvəlin müvafiq dövrü ilə müqayisədə 1 ölüm faktının artdığını göstərir.

 

Şərqi Azərbaycan Tibbi Ekspertiza Mərkəzinin baş direktoru cari ilin birinci 4 ayında avtomobil qəzalarında 6241 nəfərin müxtəlif dərəcəli bədən xəsarəti aldığını da diqqətə çatdırıb.

 

Onun sözlərinə görə, ötən il (1397-ci il) Şərqi Azərbaycan Əyaləti yollarında baş verən qəzalarda 917 nəfər ölüb, 18 min 185 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

 

Ekspertlərin fikrinə görə, yolların qeyri-standart olması, avtomobillərin keyfiyyətsiz olması və insan amili Güney Azərbaycanda baş verən yol qəzalarının əsas səbəbləridir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar