SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda 24 hektar otlaq və meşə yanıb

2021.10.20, 07:36
Şərqi Azərbaycanda 24 hektar otlaq və meşə yanıb

Gunaz.tv

GünAz TV: Şərqi Azərbaycan Əyalətində Kəleybər meşələri və Yamçının otlaq sahələrində baş verən yanğın əraziyə çoxlu ziyan vurub.

 

Çərşənbə günü axşam saatlarında baş verən yanğın azı 5 saat davam edib, nəticədə 9 hektar meşə sahəsi yanaraq sıradan çıxıb.

 

İnsan tərəfindən törədildiyi bildirilən yanğın “Qasım kəndi” qəsəbəsinin ətraf ərazilərində baş verib.

 

Mərəndin Yamçı məntəqəsində isə otlaq və buğda sahələri yanğına məruz qalıb.

 

Şərqi Azərbaycan Valiliyinin Təcili Yardım Mərkəzinin rəisi Məhəmmədbaqir Hünərbər hadisə nəticəsində Yamçının Yekanat məntəqəsində 15 hektar ərazinin yandığını bildirərək hələlik dəyən ziyanın həcmi barədə dəqiq məlumat olmadığını deyib.

 

Yamçının Bəxşdarı Bəhram Məleki (Bəxşdari İcra Hakimiyyətinin tabeliyində olan bir orqandır) də hadisəyə münasibət bildirib.

“Yanğın insan tərəfindən, lakin səhvən törədilib. Hadisə nəticəsində 6 hektar buğda və 9 hektar otlaq sahəsi yanıb. Bunun nəticəsində əkinçilərə 1 milyard rial ziyan dəyib.”- deyə o bildirib.

 

Bəhram Məleki bölgədə yanğınsöndürənın olmadığından yanğının güc söndürüldüyünü deyib. “Culfa, Hadişəhr, Yamçı və Mərəndin yanğınsöndürənləri hadisə yerinə gedib. Lakin ərazidən 80 kilometr uzaq olduğundan yanğın gec söndürülüb və əkinçilərə daha çox ziyan dəyib. Belə hadisələri önləmək üçün məntəqədə yanğınsöndürən maşınlar və xilasedici qrup olmalıdır.”- deyə o vurğulayıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar