Şərqi Azərbaycanda məktəb binası çatışmır: 500 məktəbdə tədrisi konteynerlərdə aparır

2021-07-19 15:25

Şərqi Azərbaycanda məktəb binası çatışmır. Bu barədə Şərqi Azərbaycan Məktəblərinin Təmiri və Texniki Təminatı Baş İdarəsinin sədr müavini Məhəmməd Nəcəfi açıqlama verib.

Gunaz.tv Quote | Gunaz article

Məhəmməd Nəcəfi Sərəskənd (Həştrud) mahalının Nəzər Kəhrizi bölgəsinin Əziz Abad kəndində xeyriyyəçilər tərəfindən tikiləcək məktəbin təməlqoyma mərasimində əyalətdə 500 konteyner (kaneks) məktəbin olduğunu deyib.

M.Nəcəfi bildirib ki, 500 konteyner məktəbin 20%-i Çaroymaq, Sərəskənd və Nəzər Kəhrizi bölgələrində yerləşir. 
O, bununla yanaşı Şərqi Azərbaycan əyalətində mövcud olan 24 min sinif otağının 12 mininin köhnə və məktəblilər üçün təhlükə doğurduğunu qeyd edib.

Çaroymaq bölgəsindən İran parlamentinə gedən Seyid Həmzə Əmini də təməlqoyma mərasimində çıxış edərək yerli xeyriyyəçilərin təhsil ocaqlarının tikintisində səylərini təqdir edib.

“Yerli xeyriyyəçilərin dəstəyi olmasaydı Təhsil Nazirliyi məktəblərin tikintisi və təmirində ciddi problemlərlə üzləşəcəkdi”-deyə, son illər əsas ağırlığın xeyriyyəçilərin üzərinə düşdüyünü etiraf edib.

Sərəskənd İcra Hakimiyyətinin başçısı Əmin Əminiyan da bu problemdən bəhs edib.  

“Sərəskənddə ən azı 250 sinif otağı çatışmır və mövcud olan təhsil ocaqlarından 74-ünün sökülüb yenidən qurulmaya ehtiyacı var”-yenidən təhsil ocaqlarının azlığına toxunan başçı deyib.

Nəzər Kəhrizi bölgəsinin Təhsil İdarəsinin başçısı İsfəndiyar Həsənzadə də oxşar problemlərdən danışıb,  bölgədə mövcud olan 102 məktəbdən 54 məktəbin istifadəyə yararsız olduğuna diqqət çəkib.

O, bölgədə yerli xeyriyyəçilərin 11 məktəb inşa etdirdiklərini xatırladıb, təhsil ocaqlarının çatışmazlığı probleminin həlli üçün qarşıda uzun yolun olduğunu söyləyib.

İ.Həsənzadə hökumət və təmsil etdiyi Təhsil Nazirliyinin məsuliyyətinə toxunmadan yerli xeyriyyəçilərdən bölgədə inşası nəzərdə tutulan internat məktəbi və texnikumun da tikinti xərclərini öhdələrinə götürməyi istəyib.

Çıxışlardan sonra təməlqoyma mərasimi keçirilib. Məktəbin tikintisinə lazim olan 500 milyon tümən vəsait yerli xeyriyyəçi tərəfindən ödənilib.

Qeyd edək ki, Güney Azərbaycanın bir çox bölgələrində təhsil ocaqlarının və xəstəxanaların tikintisi, təmiri və texniki təchizatla təminatına dövlət cüzi məbləğdə vəsait ayırır.

Bu problemlərin həlli yerli iş adamları və xeyriyyəçi şəxslərin vəsaitləri hesabına aradan qaldırılır.

C.E 

Mövzu ilə bağlı digər xəbərləri buradan oxu bilərsiniz:  
Şərqi Azərbaycanda məktəb binaları tədrisə yararsızdır

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranın Ermənistana dəstəyinə etiraz edən 12 güneyli fəal məhkəməyə çağrılıb

2021-09-17

gun az article

İranda bu günə qədər "korona"dan 116 min 436 ölüb -RƏSMİ RƏQƏMLƏR

2021-09-17

gun az article

Ərdəbildə istehsalatda ölüm halları artıb: Son aylarda yüzlərlə işçi yaralanıb

2021-09-17

gun az article

Qarabağa gedən yük maşınlarına icazə kağızı verən ETTELAAT məmurudur

2021-09-17

gun az article

Qaşqay türklərinin tanınmış şairi vəfat edib

2021-09-17

gun az article

Zənganda içməli su qıtlığı: Kəndlər susuz qalıb

2021-09-17

gun az article

İranın şimal-qərbində terrorçu qrup zərərsizləşdirilib- Dövlət Sərhəd Xidməti

2021-09-17

gun az article

Həmədanın məşhur Ağ gölü quruyub

2021-09-17

gun az article

Zənganda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-09-17

gun az article

Zənganda 1000-dən çox layihənin icrası yarımçıq qalıb

2021-09-17

gun az article

Məlikanda çörək bahalaşdı

2021-09-17

gun az article

Şərqi Azərbaycanda savadlılıq səviyyəsi aşağı düşüb

2021-09-17

gun az article

Vərziğanda etiraz aksiyası: Kəndlilər yolu bağladı

2021-09-16

gun az article

Həmədanda tarixi abidə dağılmaq üzrədir

2021-09-16

gun az article

Qəzvin şəhərinin meri vəzifəsinə SEPAH komandiri gətirildi

2021-09-16

gun az article

Qərbi Azərbaycan əyalətində təhsil işçiləri çatışmır

2021-09-16

gun az article

“Dünyanın fosil cənnəti” layihəsinin tamamlanma işləri yarımçıq qalıb

2021-09-16

gun az article

Qəzvinli idmançı Belçikada keçiriləcək dünya çempionatına qatılacaq

2021-09-16

gun az article

Milli fəal barəsində məhkəmə qərarı çıxarılıb

2021-09-16

gun az article

"Milyonlarla insanın həyatı təhlükədədir"- Azərbaycanlı millət vəkili İran prezidentinə müraciət etdi

2021-09-16