Şərqi Azərbaycanda baş verən iki yol qəzasında 15 nəfər yaralanıb, 1 nəfər ölüb

2020-08-08 12:42

İranın Şərqi Azərbaycan əyalətində baş verən iki yol qəzasında 15 nəfər yaralanıb, 1 nəfər həlak olub.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə, Şərqə Azərbaycan əyalətinin Təcili Tibbi Yardım Təşkilatının sözçüsü Vəhid Şadiniya dünən və bu gün mediaya açıqlamasında məlumat yayıb. 


O bildirib ki, ilk yol qəzası avqustun 7-də Şərqi Azərbaycanın Miyana-Təbriz yolu istiqamətində baş verib: “Yüksək sürətlə hərəkətdə olan “Prayd” markalı avtomobil müvazinətini itirərək yolkənarı hasara toqquşub. Hadisə nəticəsində minik avtomobilinin 7 sərnişini müxtəlif dərəcəli bədən xəsarəti alıblar.


Yaralılar hadisə yerinə gələn təcili yardım maşını ilə Miyananın “Bərəkət-i imam” xəstəxanasına çatdırılıblar.


İkinci yol qəzası isə avqustun 8-i sübh saatlarında Vərziqan-Xacə magistral yolunda baş verib. 


Qarşı-qarşıya gələn “Səmənd” və “Prayd” markalı minik avtomobilləri bir-biri ilə toqquşub. Qəza nəticəsində hər iki avtomobilin 8 sərnişini müxtəlif dərəcəli bədən xəsarəti alıb, “Prayd” avtomobilin sərnişini olan 80 yaşlı bir qadın isə yerindəcə keçinib.


Aralılardan 4-ü Vərziqanın “Əllamə Cəfəri” xəstəxanasına yerləşdirilib, 4-ünə isə ambulator tibbi yardım göstərilib” –deyə, Şərqə Azərbaycan əyalətinin Təcili Tibbi Yardım Təşkilatının sözçüsü Vəhid Şadiniya əlavə edib. 


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Sep.22.2020-Özümüz: Məşrutəçilik Düşüncəsi

2020-09-23

gun az article

GünazTV Sep.22.2020 -GÜNDƏM MASASI: İranda rejimin media üzərindən yürütdüyü siyasət

2020-09-23

gun az article

GünazTV Sep.22.2020 : “Dalana dirənən İran! Vaşinqton rəsmi Tehrana qarşı təzyiq siyasətini sonadək qoruyacağını açıqladı”

2020-09-22

gun az article

Şərqi Azərbaycanda hər gün 7 nəfər koronavirusdan ölür

2020-09-22

gun az article

Qızılözən çayı ətrafında yaşayan nadir heyvanın nəsli kəsilməkdədir

2020-09-22

gun az article

Güney Azərbaycanda növbəti ətraf mühit faciəsi: Zəncanda minlərlə balıq tələf olub

2020-09-22

gun az article

Təbrizdə baş verən yol qəzasında 2 nəfər ölüb

2020-09-22

gun az article

Şərqi Azərbaycan əyalətində davada xəsarət alanların sayı artıb

2020-09-22

gun az article

GünazTV Sep.21.2020: PARLAQ GƏLƏCƏK: Tetik Mexanizmi'nin Tə'sirləri

2020-09-22

gun az article

Təbriz Universitetində türk dili və ədəbiyyatı üzrə təhsil alan ilk tələbələr məzun olub + GÖRÜNTÜ

2020-09-21

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-21

gun az article

İran rəsmisi Muğanda neft yataqlarının axtarışına başlanacağını açıqlayıb

2020-09-21

gun az article

Həbsə məhkum edilən 2 milli fəalın məzuniyyəti uzadılıb

2020-09-21

gun az article

Xorasan türkləri Nadir Şah haqqında kitab nəşr edib

2020-09-21

gun az article

Güney Azərbaycanda 3 işçi qazdan zəhərlənərək ölüb

2020-09-21

gun az article

İranlı nazir Azərbaycanın Təkab şəhərini Kürdüstan adlandırıb + VİDEO

2020-09-20

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-20

gun az article

“Durnalar yuvası”  stadionunun türkcə lövhəsi qaytarılıb

2020-09-20

gun az article

Qızıl şəhəri Təkab sürgün məntəqəsi kimi təqdim olunub

2020-09-20

gun az article

Azərbaycan adını təhrif edən mağazalar şəbəkəsi düzəliş etməyə məcbur olub

2020-09-20