Şərqi Azərbaycanda baş verən yol qəzalarında 207 nəfər ölüb

2020-08-13 12:23

Güney Azərbaycanın Şərqi Azərbaycan əyalətində cari ilin (hicri-şəmsi təqvimi ilə martın 21-dən etibarən) ilk 4 ayında yol qəzalarında ölənlərin sayı açıqlanıb.

Gunaz.tv Quote | Gunaz article

Şərqi Azərbaycan əyalətinin Tibbi Ekspertiza Mərkəzinin rəisi Əli Səfayifərdin verdiyi məlumata görə, cari ilin ilk 4 ayında (mart 21-iyul 21) baş verən yol qəzaları nəticəsində 271 nəfər dünyasını dəyişib.

 

Səfayifərd bildirib ki, bu rəqəm keçən ilin eyni müddəti ilə müqayisədə -hansı ki 322 nəfərdən ibarət idi- 16 faiz azalma göstərir. Onun sözlərinə görə, yol qəzalarında ölənlərin 231-sı kişi, 40-i isə qadın olub.

 

Səfayifərd qeyd edib ki, cari ilin ilk 4 ayında 181 nəfər şəhərlər arası, 63 nəfər şəhərdaxili və 10 nəfər Şərqi Azərbaycandan kənar yollarda baş verən qəzalarda dünyasını dəyişib.

 

“Qeyd olunan müddətdə Şərqi Azərbaycan yollarında baş verən yol qəzalarında 4 min 817 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan 3 min 666-ı kişi, 1151-i qadın olub,” deyə Səfayifərd əlavə edib.

 

Bu rəqəm keçən ilin eyni müddəti ilə müqayisədə -hansı ki 6 min 241 nəfərdən ibarət idi- 23 faiz azalma göstərir.

 

Səfayifərd əlavə edib ki, “tir ayında (iyun 21-iyul 21) Şərqi Azərbaycanda 77 nəfər yol qəzalarının qurbanı olub”.

Həmin müddətdə baş verən yol qəzalarında 1507 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Onun verdiyi məlumata görə, ötən il əyalətdə baş verən yol qəzalarında 882 nəfər həyatını itirib, 4 min 800 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Güney Azərbaycan yollarında təxminən hər gün çoxsaylı insan tələfatı və kütləvi xəsarət alma ilə nəticələnən müxtəlif yol qəzaları baş verir. Ekspertlər yolların qeyri-standart olması, avtomobillərin keyfiyyətsiz olması və insan amilini baş verən qəzaların əsas səbəbi kimi göstərir.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Oct.21.2020: Qarabağ davası Dünya mediasında, İrançılar nədən ermənilərə dəstək verirlər

2020-10-22

gun az article

GünazTV Oct.21.2020 : “Azərbaycanın şanlı ordusu 27 il sonra Zəngilanı işğaldan azad etdi!”

2020-10-21

gun az article

Milli fəal Vəhid Bəyzadə həbs edilib

2020-10-21

gun az article

13 milli fəal Təbrizin İnqilab məhkəməsinə çağırılıb

2020-10-21

gun az article

Təbriz etirazında tutulan milli fəal Həmid Məhəmmədtağızadə zindana köçürülüb

2020-10-21

gun az article

Milli fəal Zeynal Tənhayi müvəqqəti azadlığa buraxılıb

2020-10-21

gun az article

Ciral parkında tutulan fəallar Ərdəbilin Mərkəzi həbsxanasının müvəqqəti saxlama təcridxanasına köçürülüblər

2020-10-21

gun az article

Məsullar Təbrizdə son etirazlarda tutulmuş xanımlarla bağlı məlumat vermirlər

2020-10-21

gun az article

Ceyhun Bayramov Moskvaya gedib

2020-10-21

gun az article

Doktor Maşallah Rəzmi Qarabağla bağlı Kanadanın "Pəyam Radiosu"na müsahibə verib

2020-10-21

gun az article

Milli fəallar Vudud Əsədi və Məhəmməd Eyni həbs edilib

2020-10-21

gun az article

GünazTV Oct.20.2020-Özümüz: Əhməd Şah Dönəmi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 -GÜNDƏM MASASI: Azərbaycana qarşı İran və Ermənistanın düşmənçiliyi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 : “Azərbaycan və Ermınistanın Xarici İşlər Nazirləri Vaşinqtonda görüşəcək”

2020-10-20

gun az article

Milli fəal Rza Zarei həbs edilib

2020-10-20

gun az article

Daha iki güney azərbaycanlı milli fəal müvəqqəti azadlığa buraxılıb

2020-10-20

gun az article

Milli fəallar Aydın Zakiri və Rza Seyyid Nuri müvəqqəti sərbəst buraxılıb

2020-10-20

gun az article

Son etirazlarda azı 10 güney azərbaycanlı xanım həbs edilib

2020-10-20

gun az article

GünazTV Oct.19.2020: PARLAQ GƏLƏCƏK: Güney Azərbaycan oyaqdı, Ordumuza Dayaqdı (1/3)

2020-10-20

gun az article

GünazTV Oct.19.2020 : “Azərbaycan ordusu üç rəngli bayrağımızı Xudafərin körpüsünə sancdı”

2020-10-19