Şərqi Azərbaycanda baş verən yol qəzalarında 345 nəfər ölüb

2020-09-15 14:38

Güney Azərbaycanın Şərqi Azərbaycan əyalətində cari ilin (hicri-şəmsi təqvimi ilə martın 21-dən etibarən) ilk 5 ayında yol qəzalarında ölənlərin sayı açıqlanıb.

Gunaz.tv Quote | Gunaz article

Şərqi Azərbaycan əyalətinin Tibbi Ekspertiza Mərkəzinin rəisi Əli Səfayifərdin verdiyi məlumata görə, cari ilin ilk 5 ayında (mart 21-avqust 21) baş verən yol qəzaları nəticəsində 345 nəfər dünyasını dəyişib.

 

Səfayifərd bildirib ki, bu rəqəm keçən ilin eyni müddəti ilə müqayisədə -hansı ki 402 nəfərdən ibarət idi- 14 faiz azalma göstərir. Onun sözlərinə görə, yol qəzalarında ölənlərin 296-sı kişi, 49-ü isə qadın olub.

 

Səfayifərd qeyd edib ki, cari ilin ilk 5 ayında 233 nəfər şəhərlər arası, 79 nəfər şəhərdaxili və 14 nəfər Şərqi Azərbaycandan kənar yollarda baş verən qəzalarda dünyasını dəyişib.

 

“Qeyd olunan müddətdə Şərqi Azərbaycan yollarında baş verən yol qəzalarında 6 min 359 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan 4 min 829-u kişi, 1530-u qadın olub,” - deyə Səfayifərd əlavə edib.

 

Bu rəqəm keçən ilin eyni müddəti ilə müqayisədə -hansı ki 8 min 29 nəfərdən ibarət idi- 21 faiz azalma göstərir.

 

Səfayifərd əlavə edib ki, “mordad ayında (iyul 21-avqust 21) Şərqi Azərbaycanda 74 nəfər yol qəzalarının qurbanı olub”.

 

Həmin müddətdə baş verən yol qəzalarında 1542 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Onun verdiyi məlumata görə, ötən il əyalətdə baş verən yol qəzalarında 882 nəfər həyatını itirib, 4 min 800 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Güney Azərbaycan yollarında təxminən hər gün insan tələfatı və kütləvi xəsarət alma ilə nəticələnən müxtəlif yol qəzaları baş verir. Ekspertlər yolların qeyri-standart olması, avtomobillərin keyfiyyətsiz olması və insan amilini baş verən qəzaların əsas səbəbi kimi göstərir.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Güney azərbaycanlı fəal Rza Vasiqinin məhkəməsi keçirilib

2020-09-18

gun az article

GünazTV Sep.17.2020-Sözümüz: Ustad Şəhriyar

2020-09-18

gun az article

GünazTV Sep.17.2020- Düşünməyə Çağırı: Qadın və Siyasət

2020-09-18

gun az article

Təkabda terrorçuların simvolunu qaldıranlara etiraz edənlər cəriməyə məhkum edilib

2020-09-17

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət açıqlanıb

2020-09-17

gun az article

Azərbaycanlı əkinçilər məhsullarını sata bilmir + GÖRÜNTÜ

2020-09-17

gun az article

İranın səhiyyə nazirliyi rəsmiləri yenidən Azərbaycanın adını təhrif edib

2020-09-17

gun az article

Təbriz bələdiyyəsinin məsuliyyətsizliyi uşağın ölümü ilə nəticələnib + VİDEO

2020-09-17

gun az article

Güney azərbaycanlı fəal Musa Ziya Gərgəri saxlanılıb

2020-09-17

gun az article

Güney azərbaycanlı milli fəal Həmid Mənafi Nadarlı müvəqqəti azadlığa buraxılıb

2020-09-17

gun az article

GünazTV Sep.16.2020: Ərəb ölkələrinin İsrailnən münasibətlərinin normallaşmasır

2020-09-17

gun az article

“Traxtur Azərbaycan” komandasının məşqçisi cəzalandırılıb

2020-09-16

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-16

gun az article

Muxtar İbrahimi Marağa zindanına köçürülüb

2020-09-16

gun az article

Ərk cəmiyyəti adı türkcə olduğu üçün şəxsiyyət vəsiqəsi ala bilməyən uşaqla bağlı beynəlxalq qurumlara müraciət edib

2020-09-16

gun az article

Güney azərbaycanlı milli fəal Behnam Şeyxi müvəqqəti azadlığa buraxılıb

2020-09-16

gun az article

GünazTV Sep.15.2020-Özümüz: Məhəmmədəli Şah və Məşrutə

2020-09-15

gun az article

GünazTV Sep.15.2020 -GÜNDƏM MASASI: Farsçı təşkilatlar və medianın siyasi çıxar əsasında təbliğatı

2020-09-15

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-15

gun az article

Həmədanda şəhərətrafı məhəllə sakinlərinin sayı sürətlə artır

2020-09-15