SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda baş verən zəlzələdən sonrakı GÖRÜNTÜLƏR

2021.10.20, 07:36
Şərqi Azərbaycanda baş verən zəlzələdən sonrakı GÖRÜNTÜLƏR

Gunaz.tv

GünAz TV: Xəbər verdiyimiz kimi, bu gün Təbriz vaxtı ilə saat 2:17-də Şərqi Azərbaycanın Miyana şəhəri ətrafında 5-9 bal gücündə zəlzələ baş verib.


Episentri Şərqi Azərbaycanın Tərk şəhəri olan zəlzələ Vərənkeş kəndində 5 nəfərin ölümü və Miyananın bir neçə kəndində 312 nəfərin xəsarət almasına səbəb olub.


Şərqi Azərbaycan Əyalətinin Təbii Fəlakətlər İdarəsinin baş direktoru Məhəmmədbağır Hünərbərin verdiyi məlumata görə, zəlzələdən sonra Sarab şəhərində 70 nəfər Təcili Tibbi Yardım Mərkəzinə müraciət edib. Onların əksəriyyətinin şok və stres keçirdiyindən tibbi mərkəzə müraciət etdiyi bildirilir. Lakin onlardan bir neçəsinin pilləkandan yıxılaraq yüngül xəsarət aldığı da qeyd olunur.


Təbii fəlakətdən əsasən Vərənkeş kəndinin əhalisi ziyan görüb, ölən 5 nəfər bu kəndin sakinləri olub.


Zəlzələ bölgəsindən görüntülər:

 

 

 

 

 

 

 

 

 

 


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar