Şərqi Azərbaycanda əməliyyat: Bir neçə media fəalının saxlanıldığı bildirilir

2021-05-02 10:03

İran İslam İnqilab Keşikçiləri Korpusu (“SEPAH”) bu günlərdə  "mürəkkəb bir əməliyyatda" "Həbut" adlı müxalifət qrupu üzvlərinin və liderlərini həbs edildiyini bildirib.

Gunaz.tv Quote | Gunaz article

SEPAH sözügedən qrupu "dağıtdığını” iddia edib.


SEPAH-ın Şərqi Azərbaycandakı “Aşura” briqadasının kəşfiyyat bölməsi tərəfindən 1 may şənbə günü yayılan məlumata görə, qrup 2017-cı ilin yanvar ayından fəaliyyət göstərirmiş.

İddiaya görə qrupun məqsədi "müxtəlif qrupların potensialından istifadə etmək" və "xalqın dolanışıq problemlərindən dolayı narazılılardan yararlanmaqla" rejimi devirmək olub.

Açıqlamada "Həbut" qrupu üzvlərinin silahlı qüvvələrə məxsus forma geyinərək sosial şəbəkələrdə şəkillər, videolar yayıb özlərini sistemdən ayrılmış hərbçi və polis kimi tanıdıqları, insanları küçələrə çıxmağa, üsyan qaldırmağa çağırdıqları iddia olunur.

İddia edilir ki, "hakimiyyəti nüfuzdan salmaq üçün xəbərləri saxtalaşdırmaq, iqtisadi, siyasi və sosial idarəetmənin zəif tərəflərindən istifadə etmək" bu qrupun başqa fəaliyyət növlərindən biri olub.

Məlumatda saxlanılan qrup üzvlərinin sayı və onların kimliyi barədə hər hansı açıqlama verilməyib. Sadəcə onların ölkədə şahlıq üsul-idarəsinin qurulmasını dəstəkləyən cərəyanlara yaxın olduğu vurğulanıb.

Qeyd edək ki, insan haqları təşkilatları İran hökumətini həmişə xalq etirazlarını müxalifləri, tənqidçiləri və etirazçıları “xarici qüvvələrin tapışırıqlarını yerinə yetirmək”də ittiham edib, saxta məhkəmə işləri ilə cəzalandırıblar.

Son bir neçə ildə baş verən etiraz aksiyaları ilə bağlı Tehran prokuroru Əli Abbas Cəfəri Dolətabadi İran televiziyasındakı çıxışında etirazçıların xarici qüvvələr və dövlətlərin əlaltıları olduqlarını, Amerikanın tapışırıqlarını icra etdiklərini iddia etmişdi.

Bununla yanaşı Tehranın cümə imamı Əhməd Xatəmi də, baş verən etiraz aksiyalarının “”Amerikanın İrandan qısas almaq cəhdi” adlandırmışdı.

Qeyd edək ki, ərəb kökənli “həbut” sözü “enmə” mənası versədə, bu dini qaynaqlarda daha çox “itaətsizlik” anlamında işlədilib və Adəmin tanrıya itaətsizlik etdiyinə görə cənnətdən yerə endirilməsinə işarə edir.

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Zənganda su böhranı yaşanır

2021-05-18

gun az article

İran PUA-sı Azərbaycan sərhədində uçuşlar edib-FOTOLAR

2021-05-18

gun az article

Güney Azərbaycanda koronavirus mənzərəsi: Əyalətlər üzə son STATİSTİKA

2021-05-18

gun az article

Urmuda etiraz aksiyası keçirilib

2021-05-18

gun az article

Axtarışda olan Azərbaycan vətəndaşları Tehranda aksiya keçirib-FOTO, VİDEO

2021-05-18

gun az article

Təbrizdə cinayətkar şəbəkə ifşa edildi

2021-05-18

gun az article

Qərbi Azərbaycan əyalətində 1100 tarixi əsər tapılıb

2021-05-18

gun az article

Şərqi Azərbaycanda su böhranı gözlənilir-Direktordan XƏBƏRDARLIQ

2021-05-18

gun az article

Zənganda bərpaya ehtiyacı olan tarixi abidələrin siyahısı açıqlandı

2021-05-18

gun az article

Urmulu millət vəkili hökumətə çağırış etdi

2021-05-18

gun az article

Milli fəal Əli Vasiqi həbsxanaya qayıdıb

2021-05-18

gun az article

GünazTV May.17.2021: PARLAQ GƏLƏCƏK: Bizim Milli İstəklərimiz Seçkilərlə Reallaşmır, Məntəqədə Gərginlik və Güney Azərbaycan

2021-05-18

gun az article

Güneyli siyasi məhbus Siyamək Mirzayiyə ağır itki üz verdi: Bacısı vəfat edib

2021-05-17

gun az article

Təbrizdə etiraz aksiyası keçirilib: "Boş süfrələrimizi düşünün”

2021-05-17

gun az article

Güney Azərbaycanda zəlzələ baş verib

2021-05-17

gun az article

Həmədanda koronavirus statistikası: Daha 9 nəfər vəfat etdi

2021-05-17

gun az article

Güneyli millət vəkili Tikantəpənin iqtisadi problemlərindən danışdı: "Yollar insanların qətl yerinə çevrilib"

2021-05-17

gun az article

Təbrizdə Füzuli adına parkın açılışı olub-VİDEO

2021-05-17

gun az article

Tanınmış güneyli aşıq Səbur Şərifi vəfat edib

2021-05-17

gun az article

Güneyli ailə övladlarına 11 aydan sonra "Anar" adı ilə kimlik sənədi ala bilib 

2021-05-17