Şərqi Azərbaycanda hər gün 7 nəfər koronavirusdan ölür

2020-09-22 16:21

Güney Azərbaycanın Şərqi Azərbaycan əyalətində hər gün orta hesabla 7 nəfər koronavirusdan ölür, 157 yeni yoluxma faktı aşkarlanır.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə, Şərqi Azərbaycan valisinin siyasi və təhlükəsizlik işləri üzrə müavini Əliyar Rastqu məlumat verib.

Onun sözlərinə görə, Şərqi Azərbaycan əyalətində koronavirus infeksiyasına yoluxanların sayı 33 min 802  nəfərə çatıb.

Hazırda koronavirusa yoluxan 875 nəfərin müalicəsi xəstəxanalarda davam edir deyən Rastqu əlavə edib ki, Şərqi Azərbaycanda COVID-19 qurbanlarının sayı 1564 nəfərə çatıb.

 

 

Qərbi Azərbaycan əyalətində isə hazırda 694 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alır.

Qərbi Azərbaycanın Koronavirusa Qarşı Mübarizə Qərargahının açıqlamasına əsasən, xəstəxanada müalicə alanlardan 296 nəfərinin COVID-19 testi pozitiv çıxıb.

“İnfeksiyaya yoluxanlardan 149 nəfər reanimasiya şöbəsində müalicə alır. Onlardan 39 nəfərinin vəziyyəti ağırdır və ventilyasiya (süni tənəffüs) aparatına bağlıdır,” - deyə açıqlamada bildirilib.

Qərbi Azərbaycanda koronavirus qurbanlarının ümumi sayı isə 970 nəfərə çatıb.

 

 

Zəncan əyalətində də Tibb Universitetinin rektoru Pərviz Qızılbaşın verdiyi məlumata əsasən, bu günə kimi 10 min 951 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alıb.

Qızılbaşın sözlərinə görə, Zəncanda son 24 saatda daha 16 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 3 nəfər isə bu xəstəlikdən dünyasını deyişib. Beləcə də əyalətdə koronavirusdan ölənlərin ümumi sayı 480 nəfərə çatıb.

Qızılbaş həmçinin qeyd edib ki, hazırda 361 nəfər koronavirus şübhəsi ilə əyalətin xəstəxanalarında müalicə alır.

 

 

Güney Azərbaycanın Ərdəbil əyalətində son bir sutka ərzində 41 yeni koronavirusa yoluxma halı aşkarlanıb, daha 4 nəfər xəstəlikdən vəfat edib. Beləliklə Ərdəbildə koronavirus qurbanlarının ümumi sayı 621 nəfərə çatıb.

Bu barədə məlumat verən Ərdəbil Tibb Universiteti rektoru Şəhram Həbibzadə deyib ki, Ərdəbil əyalətinin xəstəxanalarında 244 nəfər müalicəsini davam etdirir. Onlardan 54 nəfərinin vəziyyəti ağırdır.

 

 

Həmədan əyalətində də COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 4 min 141 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 551 nəfərə çatıb.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Həmədanlı xanım atıcı beynəlxalq yarışa qatılacaq

2021-05-14

gun az article

Marağada 59 yaşlı kişini qatar vurub

2021-05-14

gun az article

Muğanda yeni neft qazma avadanlıqları quraşdırılıb-VİDEO

2021-05-14

gun az article

Zənganda qədim əl işləri sənətləri unudulmaqdadır

2021-05-14

gun az article

Xamneyini tənqid etdiyi üçün öldürülən güneyli gəncin videosu yayıldı

2021-05-14

gun az article

"Gələcək nəsillər qarşısında məsuliyyət daşıyırıq"-Güney azərbaycanlı ziyalıların müraciəti yayıldı

2021-05-14

gun az article

GünazTV May.13.2021- Düşünməyə Çağırı: Milli Günlərimiz.

2021-05-14

gun az article

GünazTV May.13.2021-Sözümüz: Ferdusi, Məzhəb, Qadın, Milliyyət

2021-05-14

gun az article

Güney Azərbaycan klubu ölkə çempionu oldu

2021-05-13

gun az article

Güney Azərbaycanın voleybol fenomeni legioner oldu

2021-05-13

gun az article

Həmədanda "Dünya Dulusçuluq Şəhəri" Mərkəzi açılacaq

2021-05-13

gun az article

Ərdəbildə daha 7 koronavirus xəstəsi vəfat edib

2021-05-13

gun az article

Güneyli xanım beynəlxalq yarışda hakimlik edəcək

2021-05-13

gun az article

Güneyli azərbaycanlı milli fəal yol qəzasında həlak oldu

2021-05-13

gun az article

Mədəni fəal Əkbər Qulizadə Tehran həbsxanasına aparılıb

2021-05-13

gun az article

Xoyda zəlzələ baş verib

2021-05-13

gun az article

GünazTV May.12.2021-Görüş: Güney Azərbaycan Milli Azadlıq Hərəkatına qarşı təxribatlar, İranda aclıq, rejim isə terroristlərə pul paylamaqdadır

2021-05-12

gun az article

Milli fəal Ruzbeh Pirinin məhkəmə iclası keçirilib

2021-05-12

gun az article

Salmasda cinayətkar dəstənin üzvləri həbs olunub

2021-05-12

gun az article

Məzuniyyət müddəti bitən syasi məhbus Əlirza Fərşi həbsxanaya qayıdıb

2021-05-12