Təbrizin Tibb Elmləri Universitetinin rəisi Məhəmməd Hüseyn Somi faktı təsdiqləyib.
Gunaz.tv
Təbrizin "azaranjoman" saytının verdiyi xəbərəŞərqi Azərbaycanın Əhər şəhərində virusa yoluxan şəxs izolə edilib, ailə üzvləri, yaxın ətrafı və onunla təmasda olan başqa şəxslər nəzarətə götürülüb.
Yoluxan şəxsin son günlər İraqdan qayıtdığı və orada yoluxduğu bildirilir.
Bu gün İran Gömrüyünün sözçüsü yeni növ İngilis koronovirusunun İraqda sürətlə yayıldığına görə iki ölkə arasında olan beş sərhəd keçid məntəqəsinin bağlandığını deyib.
Bundan öncə Azərbaycanın başqa bir əyaləti Qəzvində yeni növ koronovirusdan bir nəfər ölüb, yoluxan 7 nəfər isə nəzarət altına alınıb. Bununla əlaqədar olaraq, Qəzvinin Qışlaq “Abyek” şəhərinin Bələdiyyə işçilərindən birində mutasiyaya uğramış yeni növ koronovirus aşkarlandığı üçün bələdiyyənin inzibatı binası qapadılıb və 69 bələdiyyə işçisi müayinəyə göndərilib.
İran Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, İraqla sərhəd əyalətlər, özəlliklə Xuzistanda yeni növ koronovirusun yayılma ehtimalı və təhlükəsi daha yüksəkdir.
C.E