Şərqi Azərbaycan əyalətində yerləşən incəsənət mərkəzləri müflis olmaq üzrədir.
Gunaz.tv
Bu barədə məlumatı Şərqi Azərbaycan əyalətinin İncəsənət Məktəbi Direktorları Dərnəyinin təsisçi heyətinin sədri Rəhim Əsğəri məlumat yayıb.
Onun sözlərinə görə, son 2 ay ərzində incəsənət müəssisələri təhsil mərkəzləri kateqoriyasına daxil edilib. Hazırda təhsil kursları və məktəblər tələbələrindən ödənişləri alıb öz fəaliyyətlərini "online" formatda davam etdirirlər.
Lakin musiqi təhsili verən müəssisələr daha çox praktik təhsilə söykəndiyindən, fəaliyyətlərini "online" qaydada davam etdirə bilmirlər. Buna görə də, onlar tələbələrinin böyük əksəriyyətini itiriblər. Bu vəziyyət müəssisələrin gəlirlərinin azalmasına, bunun nəticəsində də icarə haqlarını və işçi heyətinin əməkhaqlarını ödəyə bilməməsinə səbəb olur.
Rəhim Əsğəri sonda qeyd edib ki, bu yaxınlarda 100- dən çox incəsənət təhsili verən mərkəzin rəhbərinin imzası ilə valiyə məktub göndəriblər. Onlar bu məktubda validən məhdud sayda tələbələri olan bu əmək qrupunu kateqoriyalarda 2-ci qrup məşğulluq sırasına daxil etsinlər. İncəsənət təhsili verən müəssisələr koronavirusun yayılması dövründə ən çox zərər görən sahələrdəndir. Amma Təbriz və Tehranın Koronavirusla Mübarizə üzrə Qərargahları bunu nəzərə almayıblar.
Ə.A