Şərqi Azərbaycan Ədli Tibb Baş Direktoru ilin ilk yeddi ayında əyalətdə baş vermiş qəzalar səbəbindən 81 nəfərin həyatını itirdiyini bildirərək, bu sayın keçən ilin eyni dövrü ilə müqayisədə 23 nəfər artdığını bildirdi.
Gunaz.tv
“Əli Səfayifərd”: İlin ilk yeddi ayı ərzində 810 nəfər iş qəzaları nəticəsində yaralanmalar səbəbiylə əyalətin ədli tibb şöbələrinə müraciət edib, bunlardan 15-i qadın, qalanları kişilərdir.
O artırıb ki, "bu ilin oktyabr ayında iş qəzaları səbəbiylə 10 nəfər ölüb. 125 nəfər isə iş qəzaları ilə əlaqədar məhkəmə tibb şöbələrinə müraciət edib. Statistika keçən ilin eyni dövrünə nisbətən yüzdə bir artım göstərir.
Əyalətin ədli tibb şöbəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin verdiyi açıqlamaya görə, 2019-cu ildə iş yerlərində baş verən qəzalarda ölənlərin ümumi sayı 96 nəfər idi, bunlardan biri qadın, qalanları kişi olub. Həmçinin, 2019-cu ildə istehsalatda baş verən qəzalarda yaralananların ümumi sayı 1325 nəfərə bərabər idi, bunlardan 35-i qadın, 1290-ı kişi olub.
C.E