Şərqi Azərbaycanda koronavirusa yoluxanların sayı 24 min nəfərə çatıb

2020-07-26 14:37

Güney Azərbaycanın Şərqi Azərbaycan əyalətində koronavirus infeksiyasına yoluxanların sayı 24 min nəfərə çatıb.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə, Şərqi Azərbaycanın Səhiyyə Xidmətinin rəhbəri və Təbriz Tibb Universitetinin rektoru Məhəmməd Hüseyn Somi məlumat verib. O, bu rəqəmin artmaqda olduğunu da vurğulayıb.

Somi həmçinin COVID-19 virusunun qurbanlarının 980 nəfərə çatdığını deyib.

Onun sözlərinə görə, hazırda koronavirusa yoluxan 800 nəfər Şərqi Azərbaycan xəstəxanalarında müalicə alır.

 

 

Güney Azərbaycanın Ərdəbil əyalətində də son 24 saatda 60 yeni koronavirusa yoluxma faktı aşkar edilib.

Ərdəbil Tibb Universitetinin rektoru Şəhram Həbibzadənin verdiyi məlumata əsasən, hazırda əyalətdə 433 nəfər xəstəxanalarda müalicə alır. Onlardan 57 nəfərinin vəziyyəti ağırdır və reanimasiya şöbəsinə yerləşdirilib.

Həbibzadə son 24 saatda əyalətdə daha 5 nəfərin koronavirusdan öldüyünü bildirib.

 

 

Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətində isə dünən verilən məlumata görə 609 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alır.

Qərbi Azərbaycanın Səhiyyə Xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rektoru Cavad Ağazadənin açıqlamasına əsasən, xəstəxanada müalicə alanlardan 298 nəfərinin COVID-19 testi pozitiv çıxıb.

 

 

Tibbi Universitetinin rektoru Qərbi Azərbaycanda koronavirus qurbanlarının ümumi sayının 706 nəfərə çatdığını bildirib. “İnfeksiyaya yoluxanlardan 153 nəfər reanimasiya şöbəsində müalicə alır,” deyə Ağazadə qeyd edib.

 

 

Zəncan əyalətində də son 24 saatda daha 36 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Zəncan Tibb Universitetinin rektoru Pərviz Qızılbaş əyalətdə bu günə kimi 7 min 935 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə aldığını bildirib.

Qızılbaşın sözlərinə görə, Zəncanda son 24 saatda daha 8 nəfər koronavirusdan dünyasını deyişib. Beləcə də əyalətdə koronavirusdan ölənlərin ümumi sayı 291 nəfərə çatıb. Rəsmi xəstəliyə yoluxanlardan 2 min 159 nəfərinin tam sağaldığını bildirib.

 

 

Qızılbaş həmçinin qeyd edib ki, hazırda 521 nəfər koronavirus şübhəsi ilə əyalətin xəstəxanalarında müalicə alır.

 

 

Həmədan əyalətində də Tibb Universitetinin rektor müavini Mənuçehr Kərəminin verdiyi məlumata əsasən, COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 2 min 884 nəfərə çatıb.

Kərəmi Güney Azərbaycanın bu əyalətində koronavirus qurbanlarının ümumi sayının 340 nəfərə çatdığını bildirib.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Oct.21.2020: Qarabağ davası Dünya mediasında, İrançılar nədən ermənilərə dəstək verirlər

2020-10-22

gun az article

GünazTV Oct.21.2020 : “Azərbaycanın şanlı ordusu 27 il sonra Zəngilanı işğaldan azad etdi!”

2020-10-21

gun az article

Milli fəal Vəhid Bəyzadə həbs edilib

2020-10-21

gun az article

13 milli fəal Təbrizin İnqilab məhkəməsinə çağırılıb

2020-10-21

gun az article

Təbriz etirazında tutulan milli fəal Həmid Məhəmmədtağızadə zindana köçürülüb

2020-10-21

gun az article

Milli fəal Zeynal Tənhayi müvəqqəti azadlığa buraxılıb

2020-10-21

gun az article

Ciral parkında tutulan fəallar Ərdəbilin Mərkəzi həbsxanasının müvəqqəti saxlama təcridxanasına köçürülüblər

2020-10-21

gun az article

Məsullar Təbrizdə son etirazlarda tutulmuş xanımlarla bağlı məlumat vermirlər

2020-10-21

gun az article

Ceyhun Bayramov Moskvaya gedib

2020-10-21

gun az article

Doktor Maşallah Rəzmi Qarabağla bağlı Kanadanın "Pəyam Radiosu"na müsahibə verib

2020-10-21

gun az article

Milli fəallar Vudud Əsədi və Məhəmməd Eyni həbs edilib

2020-10-21

gun az article

GünazTV Oct.20.2020-Özümüz: Əhməd Şah Dönəmi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 -GÜNDƏM MASASI: Azərbaycana qarşı İran və Ermənistanın düşmənçiliyi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 : “Azərbaycan və Ermınistanın Xarici İşlər Nazirləri Vaşinqtonda görüşəcək”

2020-10-20

gun az article

Milli fəal Rza Zarei həbs edilib

2020-10-20

gun az article

Daha iki güney azərbaycanlı milli fəal müvəqqəti azadlığa buraxılıb

2020-10-20

gun az article

Milli fəallar Aydın Zakiri və Rza Seyyid Nuri müvəqqəti sərbəst buraxılıb

2020-10-20

gun az article

Son etirazlarda azı 10 güney azərbaycanlı xanım həbs edilib

2020-10-20

gun az article

GünazTV Oct.19.2020: PARLAQ GƏLƏCƏK: Güney Azərbaycan oyaqdı, Ordumuza Dayaqdı (1/3)

2020-10-20

gun az article

GünazTV Oct.19.2020 : “Azərbaycan ordusu üç rəngli bayrağımızı Xudafərin körpüsünə sancdı”

2020-10-19