SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda koronavirusa yoluxanların sayı 813 nəfərə çatıb

2021.10.20, 07:36
Şərqi Azərbaycanda koronavirusa yoluxanların sayı 813 nəfərə çatıb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Şərqi Azərbaycan əyalətində  daha 57 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib.

 

Bu barədə Təbriz Tibb Universitetinin mətbuat katibi Cəmaləddin Hüseyni Əqdəm məlumat verib.

 

Hüseyni Əqdəm “Səhənd” telekanalına verdiyi müsahibədə əyalətdə infeksiyaya yoluxanların sayının 813 nəfərə çatdığını deyib.

 

O, keçən gün daha beş nəfərin koronavirus infeksiyasından öldüyünü və beləliklə əyalətdə qurbanların sayının 77 nəfərə çatdığını bildirib.

 

Tibb Universitetinin mətbuat katibi koronavirusa yoluxanların sayının son günlərdə sürətlə artdığını vurğulayaraq tibbi tövsiyələrə əməl edilmədiyi təqdirdə bu artışın davam edəcəyini söylədi.

 

O, özəlliklə vətəndaşların ciddi şəkildə “evdə qal” şüarına əməl etmələrini istədi.

  

İranda koronavirusa yoluxma faktı ilk dəfə Qum şəhərində qeydə alındıqdan sonra hökumət şəhəri karantinə almağa qarşı çıxaraq virusun bütün ölkəyə, o cümlədən Güney Azərbaycana yayılmasına, yüzlərcə insanın qurban olmasına yol verdi. 

 

Ü.F 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar