SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda koronavirusdan ölən var

2021.10.20, 07:36
Şərqi Azərbaycanda koronavirusdan ölən var

Gunaz.tv

GünAz TV: Son məlumatlara görə, koronavirus artıq Güney Azərbaycan əyalətlərini bürüyüb, Şərqi Azərbaycan Əyalətində virusa yoluxanlardan birinin öldüyü bildirilir.

 

Bu barədə Təbriz Tibb Universitetinin rəisi Məhəmməd Hüseyn Somi cümə günü jurnalistlərlə çıxışında məlumat verib.

 

O bildirib ki, Şərqi Azərbaycanda bu günədək koronavirus şübhəsi ilə xəstəxanalara yerləşdirilənlərdən 8-nin virusa yoluxduyu müəyyən edilib. Onlardan biri artıq həyatını itirib.

 

Universitet rəisi gələcək iki həftə ərzində Şərqi Azərbaycanda koronavirusa yoluxanların sayında artım ola biləcəyini diqqətə çatdırıb.

 

Qeyd edək ki, son günlərdə güney Azərbaycan əyalətlərində koronavirus şübhəsi ilə çox sayda insan xəstəxanalara müraciət edib. Bir neçə əyalətdə virusa yoluxanların olduğu təsdiqlənib. Qeyri-rəsmi mənbələr bildirir ki, Güney Azərbaycan əyalətlərində sözügedən virusun daşıyıcılarının sayı olduqca çoxdur, lakin hökumət bunu gizlədir.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar