Şərqi Azərbaycanda koronavirusdan ölənlərin sayı 382 nəfərə çatıb

04.05.2020, 09:43

GünAz TV: İranın səhiyyə rəsmisinin açıqlamasına görə, Güney Azərbaycanın Şərqi Azərbaycan əyalətində koronavirus infeksiyasından ölənlərin sayı 382 nəfər olub.

 

 

Şərqi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Təbriz Tibb Universitetinin rəisi Məhəmməd Hüseyn Somi ötən günlərdə  daha 20 nəfərin koronavirus infeksiyasından öldüyünü açıqlayıb. Onun sözlərinə görə,  Şərqi Azərbaycanda xəstəliyə yoluxanların sayı isə 4856 nəfərə çatıb.

 

 

Zəncan Tibb Universitetinin rəisi Pərviz Qızılbaş da son 24 saatda daha yeddi nəfərin koronavirusa yoluxduğunu, infeksiyadan əziyyət çəkənlərin ümumi sayının 1020 nəfərə çatdığını bildirib. Zəncanda koronavirusdan ölənlərin sayı isə 108 olub. Qızılbaşın dediyinə görə, infeksiyaya yoluxanlardan 803 nəfər tam sağalaraq evə buraxılıb.

 

 

Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadə isə əyalətdə koronavirus infeksiyasından ölənlərin sayının 169 nəfərə çatdığını bildirib. Ağazadənin verdiyi məlumata əsasən, ötən 24 saat ərzində daha 51 nəfərdə infeksiya aşkarlanıb. Beləliklə Qərbi Azərbaycanda koronavirusa yoluxanların sayı 2919 nəfərə çatıb. O, həmçinin əyalətdə xəstəliyə yoluxanlardan 1450 nəfərinin sağaldığını qeyd edib. 

 

 

Həmədan əyalətində də səhiyyə rəsmiləri xəstəliklə bağlı rəqəmləri açıqlamağı uzun müddət dayandırdıqdan sonra yeni statistika verib. Həmədan Tibb Universitetinin rəisi Rəşid Heydəri Müqəddəm əyalətdə koronavirusa yoluxanların sayının 847, infeksiyadan ölənlərin sayının 90 nəfərə çatdığını bildirib. Onun sözlərinə görə, xəstəliyə yoluxanlardan 704 nəfər tam sağalaraq evlərinə göndərilib. 

 

 

Güney Azərbaycanın Ərdəbil və Qəzvin əyalətlərinin səhiyyə xidməti məsulları hələ də pandemiya ilə bağlı yeni rəqəmləri açıqlamaqdan imtina edir.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Marağalı xeyriyyəçilər yeni məktəblərin tikintisinə başlayıb

2021-12-04

gun az article

Xiyav əhalisi kəskin azalıb-Millət vəkili mərkəzi hökuməti laqeydlikdə suçlandırdı

2021-12-04

gun az article

Urmuda 2700 il yaşı olan qiymətli tarixi kurqan məhv edilib

2021-12-04

gun az article

Urmu gölündə duz fırtınasının baş verməsi təsdiq edildi

2021-12-04

gun az article

Şərqi Azərbaycanda işsizlik artıb: Son statistika açıqlandı

2021-12-04

gun az article

Güney Azərbaycan şəhərlərində ekoloji fəlakətə etiraz aksiyaları davam edir

2021-12-04

gun az article

Binabdan köç artıb: Sərmayəçilər bölgədən qaçır

2021-12-04

gun az article

“Traxtur”un qapıçısı Çempionlar Liqasının ən yaxşısı seçildi

2021-12-04

gun az article

Təbrizin cümə imamı Türkiyəyə aviareyslərin çox olmasından narazılığını bildirib

2021-12-04

gun az article

Ərdəbilli fəallar məsulların anti-Azərbaycan siyasətlərinə etiraz ediblər-FOTO

2021-12-04

gun az article

Süngün mis mədəninin işçilərinə təzyiqlər güclənib: Onlara yemək və su verilmir

2021-12-03

gun az article

Təbrizdə qazdan zəhərlənmə halları çoxalıb

2021-12-03

gun az article

Təbrizli millət vəkili hökuməti nüvə danışıqlarında yanlış mövqe tutmaqda ittiham edib

2021-12-03

gun az article

Türkcə çəkilmiş “Atabay” filmi Güney Azərbaycanda böyük uğur qazanıb

2021-12-03

gun az article

Təbrizin ətrafında yerləşən əkin və otlaq sahələri məhv ola bilər: Şəhər fərmandarından xəbərdarlıq

2021-12-03

gun az article

Təbrizə qar yağdı - FOTOLAR

2021-12-03

gun az article

Kərəcdə Urmu gölü ilə bağlı aksiya keçirilib-FOTOLAR

2021-12-03

gun az article

Güney Azərbaycan təşkilatı BMT “Milli dil və etnik azlıqlar” mövzusunda keçirilən toplantısına qatılıb

2021-12-03

gun az article

Tanınmış ekoloq Urmu gölü ətrafında yaranan duz fırtınasından danışıb

2021-12-02

gun az article

Qərbi Azərbaycanda xarici vətəndaşları girov götürən dəstə üzvləri saxlanılıb

2021-12-02