Şərqi Azərbaycan üzrə koronavirus statistikası gizlədilir

2021-06-05 10:30

Güney Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə davam edir. Lakin İran rəsmiləri COVİD-19-la bağlı real statistik rəqəmləri gizlədir, xalqa düzgün məlumat vermir.

Gunaz.tv Quote | Gunaz article

Bölgə üzrə son durumu şərh edən Təbriz Tibb Elmləri Universitetinin rektor müavini Ruzbeh Rəcayi bildirib ki, bir neçə həftədir Şərqi Azərbaycanda koronovirusa yoluxma hallarında azalma müşahidə olunur. 

"Lakin hazırkı durum kövrəkdir  və bu yenidən dəyişə, yoluxma sayı kəskin çoxala bilər"-prorektor belə deyib.

Ruzbeh Rəcayi hazırda Şərqi Azərbaycan xəstəxanalarında müalicə olunan koronavirus xəstələrinin sayının 850 nəfər olduğunu bildirib.


Onun sözlərinə görə, onlardan 262 nəfər reanimasiya şöbələrində yerləşdirilib, 115 nəfər isə süni tənəffüs aparatına qoşulub.

Ruzbeh Rəcayi dünən, iyunun 1-də “İRNA” xəbər agentliyinə verdiyi müsahibədə Şərqi Azərbaycanda koronavirusdan 13 nəfərin öldüyünü, iyunun 3-dən 4-ə keçən gecə ərzində daha 160 nəfərin koronavirusa yoluxduğu üçün xəstəxanalarda yerləşdirildiyini açıqlayıb.

Qeyd edək ki, ölkə əyalətləri üzrə, o cümlədən Güney Azərbaycanla bağlı yarımçıq da olsa koronavirus statistikası verilir. 


Lakin bir neçə həftədir ki, Şərqi Azərbaycan əyalətində COVİD-19-a yoluxanlar və bu səbəbdən vəfat edənlər barədə heç bir məlumat verilmir.

Bir neçə gün öncə Təbrizin Tibb Elmləri Universiteti tərəfindən yayılan məlumatda gündə ortalama 20 nəfərin koronavirusdan dünyasını dəyişdiyi bildirilmişdi. Ondan sonra əyalətdə yoluxma və ölü sayı ilə bağlı heç bir məlumat yayınlanmayıb.

İranda koronavirusun dördüncü dalğasının başlamasından, yoluxanların və ölənlərin sayının çoxalmasından sonra hökumət bu barədə məlumatı bir mərkəzdən və dəyişdirilmiş formada verməyə başlayıb.

Ruzbeh Rəcayinin son açıqlamasından Şərqi Azərbaycan əyalətinin koronavirusa yoluxma, xəstəxanalara yerləşdirmə və ölüm sayına görə əyalətlər üzrə ilk yerlərdən birini tutduğu, cəmiyyət nisbətinə görə isə birinci yerdə olduğu aydın olur.

Buna baxmayaraq, İran hökuməti və əyalət rəhbərliyi fəlakətli durum haqqında xalqa məlumat verməkdən və statistikanı açıqlamaqdan boyun qaçırırlar.

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Şərqi Azərbaycanın Heris mahalında məktəb binaları çatışmır

2021-09-18

gun az article

Azərbaycan idmançılarından böyük uğur: Komanda İran çempionatında birinci oldu

2021-09-18

gun az article

Güneyli sənətçi koronavirusdan vəfat etdi

2021-09-18

gun az article

Qəzvin bağlarında yanğın baş verib

2021-09-18

gun az article

İranın Ermənistana dəstəyinə etiraz edən 12 güneyli fəal məhkəməyə çağrılıb

2021-09-17

gun az article

İranda bu günə qədər "korona"dan 116 min 436 ölüb -RƏSMİ RƏQƏMLƏR

2021-09-17

gun az article

Ərdəbildə istehsalatda ölüm halları artıb: Son aylarda yüzlərlə işçi yaralanıb

2021-09-17

gun az article

Qarabağa gedən yük maşınlarına icazə kağızı verən ETTELAAT məmurudur

2021-09-17

gun az article

Qaşqay türklərinin tanınmış şairi vəfat edib

2021-09-17

gun az article

Zənganda içməli su qıtlığı: Kəndlər susuz qalıb

2021-09-17

gun az article

İranın şimal-qərbində terrorçu qrup zərərsizləşdirilib- Dövlət Sərhəd Xidməti

2021-09-17

gun az article

Həmədanın məşhur Ağ gölü quruyub

2021-09-17

gun az article

Zənganda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-09-17

gun az article

Zənganda 1000-dən çox layihənin icrası yarımçıq qalıb

2021-09-17

gun az article

Məlikanda çörək bahalaşdı

2021-09-17

gun az article

Şərqi Azərbaycanda savadlılıq səviyyəsi aşağı düşüb

2021-09-17

gun az article

Vərziğanda etiraz aksiyası: Kəndlilər yolu bağladı

2021-09-16

gun az article

Həmədanda tarixi abidə dağılmaq üzrədir

2021-09-16

gun az article

Qəzvin şəhərinin meri vəzifəsinə SEPAH komandiri gətirildi

2021-09-16

gun az article

Qərbi Azərbaycan əyalətində təhsil işçiləri çatışmır

2021-09-16