SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda Novruz bayramı günlərində 19 nəfər yol qəzalarında həyatını itirib

2021.10.20, 07:36
Şərqi Azərbaycanda Novruz bayramı günlərində 19 nəfər yol qəzalarında həyatını itirib

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda faciəvi yol qəzalarının ardı kəsilmir.

 

Şərqi Azərbaycan Yol Polisi İdarəsinin rəisi polkovnik Namvəran Novruz bayramı günlərində Şərqi Azərbaycan Əyalətində 19 nəfərin yol qəzalarında həyatını itirdiyini bildirib.

 

Onlar martın 15-dən 28-dək Şərqi Azərbaycanın müxtəlif bölgələrində baş verən yol qəzalarında həlak olub. Açıqlamaya görə, onların 9-u hadisə yerində, 10-u isə xəstəxanada dünyasını dəyişib.

 

Polis rəisinin sözlərinə əsasən, qəzalara yüksək sürət və yol hərəkəti qaydalarını riayət etməmək səbəb olub.

 

Polkovnik Namvəran qeyd olunan müddətdə çox sayda insanın yol-nəqliyyat hadisələrində müxtəlif dərəcəli bədən xəsarəti aldığını da bildirib.

 

Qeyd edək ki, hər il Güney Azərbaycanda minlərlə insan müxtəlif yol-nəqliyyat hadisələrində həyatını itirir. Ekspertlər qəzalara əsas səbəb kimi yolların qeyri-standard olması, avtomobillərin keyfiyyətsiz olması və insan amilini göstərir.

 

N.S

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar