Şərqi Azərbaycanda universitet məzunlarının 46 faizi işsizdir

2021-05-11 12:15

Şərqi Azərbaycanda universitet bitirən işsiz gənclərin sayı açıqlanıb. Şərqi Azərbaycan əyalətinin Məşğulluq və Sosial Rifah Baş İdarəsinin verdiyi son statistikaya əsasən belə nəticəyə gəlmək olar ki, məzunların 46 faizi iş tapa bilmir.

Gunaz.tv Quote | Gunaz article

Ötən ilin eyni dövrü ilə müqayisədə işsizlik səviyyəsi daha da artıb.
Baş İdarənin verdiyi məlumata görə, hal-hazırda əyalətdə iş qabiliyyəti olan insanların sayı 1 milyon 349 milyon nəfərdir.

Bunlardan 1 milyon 214 min nəfəri əmək fəaliyyəti ilə məşğuldur, 135 min nəfər isə işsizdir.

İş Qüvvəsi Mərkəzinin 2020-ci ilin qışında tərtib etdiyi statistikaya görə, Şərqi Azərbaycan əyalətində işsizlik səviyyəsi 7 faiz hesablanıb. 15-24 yaşlı yeniyetmə və gənclər arasında bu rəqəm 20.2 faiz, 18-35 yaş arası şəxslər arasında 16 faiz, Universitet məzunları arasında isə 16.8 faiz olub.

Bununla da əyalətdə işsizlərin ümumilikdə 46 faizinin Universitet məzunları olduğu rəsmi dövlət qurumu tərəfindən təsdiq edilib.

Mərkəzin verdiyi məlumata görə, Universitet məzunları arasında işsiz kişilərin 12.9 faiz, qadın məzunlar arasında isə 27 faz hesablanıb.

İqtisadiyyat üzrə mütəxəssis və Təbriz İş Adamları Palatasının başçısı Məhəmməd Əli Sədiqi məşğulluq anlayışına dövlət və cəmiyyətdə fərqli yanaşıldığını deyib.

O, dövlətin işlə təmin olunmağı verdiyi iş lisenziyasına görə hesabladığını, bunun isə statistikanın tərtib edilməsində yanlış rəqəmlərin ortaya çıxmasına səbəb olduğunu bildirib.

"İş lisenziyaları olan və işləməyən, habelə müvvəqqəti işlərlə məşğul olan vətəndaşların sayını nəzərə aldıqda, əyalətdə işsizlik səviyyəsinin verilən rəsmi rəqəmlərdən daha yüksək olduğunu görəcəyik”-deyə, o, bildirib.

Təbrizin iş adamları palatasının başçısı əyalətdə universitet məzunlarının ortalama 10 faizinin təhsil aldıqları sahə ilə əlaqəli iş tapa bildiklərini qeyd edib.

Qeyd edək ki, bundan öncə bu ilin mart ayında Şərqi Azərbaycan Planlaşdırma və İdarəetmə Təşkilatının direktoru Davud Behbudi əyalətdə işsizlik səviyyəsinin 10 faiz olduğunu bildirib.

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Təbrizdə siyasi məhbus Ruzbeh Piriyə dəstək aksiyası keçirilib-FOTO

2021-09-19

gun az article

Milli fəal Məhəmməd Mərdi barəsində məhkəmə qərarı çıxarılıb

2021-09-19

gun az article

Şərqi Azərbaycanın Heris mahalında məktəb binaları çatışmır

2021-09-18

gun az article

Azərbaycan idmançılarından böyük uğur: Komanda İran çempionatında birinci oldu

2021-09-18

gun az article

Güneyli sənətçi koronavirusdan vəfat etdi

2021-09-18

gun az article

Qəzvin bağlarında yanğın baş verib

2021-09-18

gun az article

İranın Ermənistana dəstəyinə etiraz edən 12 güneyli fəal məhkəməyə çağrılıb

2021-09-17

gun az article

İranda bu günə qədər "korona"dan 116 min 436 ölüb -RƏSMİ RƏQƏMLƏR

2021-09-17

gun az article

Ərdəbildə istehsalatda ölüm halları artıb: Son aylarda yüzlərlə işçi yaralanıb

2021-09-17

gun az article

Qarabağa gedən yük maşınlarına icazə kağızı verən ETTELAAT məmurudur

2021-09-17

gun az article

Qaşqay türklərinin tanınmış şairi vəfat edib

2021-09-17

gun az article

Zənganda içməli su qıtlığı: Kəndlər susuz qalıb

2021-09-17

gun az article

İranın şimal-qərbində terrorçu qrup zərərsizləşdirilib- Dövlət Sərhəd Xidməti

2021-09-17

gun az article

Həmədanın məşhur Ağ gölü quruyub

2021-09-17

gun az article

Zənganda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-09-17

gun az article

Zənganda 1000-dən çox layihənin icrası yarımçıq qalıb

2021-09-17

gun az article

Məlikanda çörək bahalaşdı

2021-09-17

gun az article

Şərqi Azərbaycanda savadlılıq səviyyəsi aşağı düşüb

2021-09-17

gun az article

Vərziğanda etiraz aksiyası: Kəndlilər yolu bağladı

2021-09-16

gun az article

Həmədanda tarixi abidə dağılmaq üzrədir

2021-09-16