SON XƏBƏRLƏR

Şərqi Azərbaycandan koronavrius qurbanlarının sayı sürətlə artır

2021.10.20, 07:36
Şərqi Azərbaycandan koronavrius qurbanlarının sayı sürətlə artır

Gunaz.tv

GünAz TV: Rəsmi açıqlamalar Güney Azərbaycanda Koronavirusdan ölənlərin sayının artdığını göstərir.

 

Təbrizin Tibb Universitetinin rəisi, Məhəmməd Hüseyn  Somi, son 24 saatda Şərqi Azərbaycan əyalətində daha üç nəfərin koronavirusdan canını itirdiyini bildirib.

Onun sözlərinə görə, əyalətdə keçən gün ərzində 20 yeni yoluxma halı aşkarlanıb və beləliklə koronavirusa yoluxanların sayı 107 nəfərə çatıb.

 

Somi Şərqi Azərbaycanda koronavirusdan ölənlərin sayının 11 nəfər olduğunu bildirib.

 

Qeyd edək ki, qeyri-rəsmi mənbələr Güney Azərbaycan əyalətlərində sözügedən virusa yoluxanların sayının rəsmi statistikadan qat-qat artıq olduğunu bildirir. Lakin rejim bu barədə doğru məlumat vermir.

 

Universitet rəisi əyalətdə koronavirusa yoluxanların çoxunun alış-veriş mərkəzlərində bu xəstəliyə tutulduqlarını deyib və əlavə edib ki: “bəzilər bu virusun bizim əyalətdə yayıldığına hələ inanmırlar.”

 

Somi həmçinin vətəndaşların “Bazar” və ticarət mərkəzlərinə getmələrinin davam etməsi halında validən bu mövzu ilə bağlı tədbir görməsini və məhdudiyyətlər tətbiq etməsini tələb edəcəyini vurğulayıb.

 

O, gələn günlərdə yoluxanların sayının daha da artacağını istisna etməyib və “vəziyyətin daha da pisləşəcəyini ehtimal edirik,” – deyə artırıb.

 

Sominin sözlərinə görə müalicə üçün müraciət edənlərin sayı səhiyyə sisteminin potensialından daha artıq ola bilər.

 

 Şərqi Azərbaycanda virusa yoluxanların əksəriyyəti Təbriz xəstəxanalarında müalicə alır.

 

Koronavirus testlərinin cavabları tədricən bəlli olduqca yoluxanların sayının rəsmi açıqlamalardan daha artıq olduğu ortaya çıxır.

 

Ü.F

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar