Şərqi Azərbaycanın 12 şəhərində koronavirusla bağlı vəziyyət böhranlıdır

2020-07-11 12:54

İranın Şərqi Azərbaycan əyalətində 12 şəhərində koronavirus pandemiyası ilə bağlı vəziyyət böhranlıdır.

Gunaz.tv Quote | Gunaz article


Bu barədə, Təbriz Tibb Universitetinin rektoru Məhəmməd Hüsyen Somi iyulun 10-da jurnalistlərə açıqlamasında məlumat yayıb.


O bildirib ki, hazırda Şərqi Azərbaycan əyalətinin Təbriz, Marağa, Mərənd, Miyana, Əhər, Binab, Çaroymaq, Sarab, Həştrud, Heris, Culfa və Horand şəhərlərində xəstəliklə bağlı qırmızı vəziyyət elan edilib: “Hesab edirik ki, əgər əhali gigiyena qaydalarına və xəstəliklə bağlı qoyulan məhdudiyyətlərə əməl etməsələr, qarşıdan gələn avğust və sentyabr (mordad və şəhrivər) ayları Şərqi Azərbaycan üçün ən pis və çətin aylar olacaq.


Şərqi Azərbaycanda hər gün 500 yeni koronavirusa yoluxma faktı qeydə alınır. Hazırda isə əyalətin müxtəlif xəstəxanalarında 801 nəfər müalicələrini davam etdirirlər. Təəssüflər olsun ki, həmin xəstələrin 127 nəfərinin vəziyyəti ağırdır və onlar mexaniki ventilyasiya (süni tənəffüs) aparatının yardımı ilə saxlanılırlar. 
 

Hazırda xəstəxanalara qəbul edilən xəstələrin sayının artması, onu göstərir ki, biz “Covid-19” xəstəliyi ilə bağlı artıq  böhran vəziyyətindəyik. Bundan başqa, Şərqi Azərbaycan əyalətinin müxtəlif şəhərlərində hazırda hər gün 180 nəfər xəstəxanalara qəbul edilir, müalicələrini bitirən 150 nəfər isə evə buraxılır” -deyə, Təbriz Tibb Universitetinin rektoru Məhəmməd Hüsyen Somi əlavə edib.
 
A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Şərqi Azərbaycanda su böhranı gözlənilir-Direktordan XƏBƏRDARLIQ

2021-05-18

gun az article

Zənganda bərpaya ehtiyacı olan tarixi abidələrin siyahısı açıqlandı

2021-05-18

gun az article

Urmulu millət vəkili hökumətə çağırış etdi

2021-05-18

gun az article

Milli fəal Əli Vasiqi həbsxanaya qayıdıb

2021-05-18

gun az article

GünazTV May.17.2021: PARLAQ GƏLƏCƏK: Bizim Milli İstəklərimiz Seçkilərlə Reallaşmır, Məntəqədə Gərginlik və Güney Azərbaycan

2021-05-18

gun az article

Güneyli siyasi məhbus Siyamək Mirzayiyə ağır itki üz verdi: Bacısı vəfat edib

2021-05-17

gun az article

Təbrizdə etiraz aksiyası keçirilib: "Boş süfrələrimizi düşünün”

2021-05-17

gun az article

Güney Azərbaycanda zəlzələ baş verib

2021-05-17

gun az article

Həmədanda koronavirus statistikası: Daha 9 nəfər vəfat etdi

2021-05-17

gun az article

Güneyli millət vəkili Tikantəpənin iqtisadi problemlərindən danışdı: "Yollar insanların qətl yerinə çevrilib"

2021-05-17

gun az article

Təbrizdə Füzuli adına parkın açılışı olub-VİDEO

2021-05-17

gun az article

Tanınmış güneyli aşıq Səbur Şərifi vəfat edib

2021-05-17

gun az article

Güneyli ailə övladlarına 11 aydan sonra "Anar" adı ilə kimlik sənədi ala bilib 

2021-05-17

gun az article

Milli fəal Davud Şiri məhkəməyə çağrılıb

2021-05-17

gun az article

Güney Azərbaycanda mədən işçiləri tətilə başladı

2021-05-17

gun az article

Həbs müddəti bitən Həmid Mənafi sürgünə göndərilir

2021-05-17

gun az article

Qərbi Azərbaycanda bələdiyyə məmurları həbs edilib

2021-05-16

gun az article

Qəzvin həbsxanasında bir məhkum edam edildi

2021-05-16

gun az article

Məzuniyyət müddəti bitən Kiyanuş Aslani həbsxanaya qayıdıb

2021-05-16

gun az article

Mədəni fəal İsrafil Fətullahzadə Əhər həbsxanasına qayıdıb

2021-05-16