SON XƏBƏRLƏR

Şərqi Azərbaycanın 5 təbii əsəri ölkənin milli əsərlər siyahısına daxil edilib

2021.10.20, 07:36
Şərqi Azərbaycanın 5 təbii əsəri ölkənin milli əsərlər siyahısına daxil edilib

Gunaz.tv

GünAz TV: Şərqi Azərbaycan Turizm, Əl İşləri və Mədəni İrs İdarəsinin rəisi təmsil etdiyi əyalətin 5 təbii əsərinin ölkənin milli əsərlər siyahısına daxil edildiyini bildirib.

 

Murtaza Abdar bu barədə mətbuata açıqlama verib.

 

“Əyalətdə qeydə alınan 5 təbii əsərlə bağlı araşdırma aparıldı. Ekspertlər tərəfindən yekun olaraq təsdiq edildikdən sonra bu dəyərli əsərlər ölkənin milli əsərlər siyahısına daxil edilib.”- deyə o bildirib.

 

Onun sözlərinə görə, əsərlərlə bağlı təşkil olunan dosye Əyalətin Qeydiyyat Şurasında təsdiq edildikdən sonra lazmi prosedur keçilib və nəhayət ölkənin milli əsərlər siyahısında qeydə alınıb.

 

“Kəleybərin “Pirlər kəndinin yaşlı ağacı”, Xudafərinin “Yuxarı Tuəli”, “Qızıl Yol” və ”Sutən” kəndlərinin yaşlı ağacları, həmçinin Şəbistərin “Sofiyan Travertən bulağı” Şərqi Azərbaycan Əyalətinin təbii əsərləri kimi ölkənin milli əsərlər siyahısına daxil edilib.”- deyə M.Abdar bildirib.

 

 

Şərqi Azərbaycan Turizm, Əl İşləri və Mədəni İrs İdarəsinin rəisi yeni 5 təbii əsərin milli siyahıya alınmasını Şərqi Azərbaycanda turizm sektorunun inkişafı üçün müsbət addım olduğunu bildirib.

 

Qeyd edək ki, Şərqi Azərbaycanın 1800-dən çox əsəri ölkənin milli əsərlər siyahısında qeydə alınıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar