Şərqi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəisi, əyalətin 9 şəhərində qar və çovğun olduğunu bildirib.
Gunaz.tv
"Qızıl Aypara'nın bütün yardım qüvvələri və texnikası hazır vəziyyətdədir və zərər görə biləcək vətəndaçların təcili olaraqxilas edilməsi üçün tədbirlər görülür."
“Həmid Hüsseiynpur” bildirib ki, əyalətə soyuq hava kütləsinin gəlməsindən və əyalətin əsas və ikinci dərəcəli nəqliyyat marşrutlarında güclü qar-çovğun olacağı proqnozundan sonra fövqüladə hallar işçiləri Təbriz, Bostan Abad, Üskü, Miyana, Həştrud, Çaroyimaq, Əhər, Heris və Vərziqan şəhərlərinə göndərilib. .Onun dediyinə görə, "xilasedicilər yol polisinin köməyi ilə qar və çovğunda ilişib qalan vətəndaşlara kömək edirlər."
Qızıl Aypara Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin açıqlamasında, əyalətin bütün bölgələrində yollarda qar yağışı və çovğun səbəbindən hərəkətin çətin olduğu bildirilərək, Qızıl Ay yardım qruplarının xilasetmə əməliyyatları, yollarda yaralanan şəxslərin hadisə yerindən köçürülməsi üçüntədbirlər gördüyü deylir.
C.E