SON XƏBƏRLƏR

Şərqi Azərbaycanın bu kəndi kitab oxumağı sevməkdə nümunəvi kənddir

2021.10.20, 07:36
Şərqi Azərbaycanın bu kəndi kitab oxumağı sevməkdə nümunəvi kənddir

Gunaz.tv

GünAz TV: Marağanın Ələviyan kəndinin əhalisi kitabsevərlikdə məşhurdur. Kənd bu xüsusiyyətinə görə Şərqi Azərbaycanın nümunəvi kəndlərindən birinə çevrilib.

 

Bu barədə Ələviyan Kitabxanasının müdiri Pərviz Tağıdost mətbuata danışıb.

 

“Kəndin kitabxanası 2011-ci ildə təsis olunub. Əhalinin kitab oxumağa meyli çoxdur. Artıq bu il Ələviyan kəndi kitabsevərlikdə Şərqi Azərbaycan Əyalətinin nümunəvi kəndlərindən biri kimi seçilib”- deyə o bildirib.

 

Kitabxana müdiri Ələviyan kəndi barəsində bəzi məlumatlara işarə edib:

“Kəndin 2 min 700 nəfər əhalisi var, onlardan 342-si kitabxanaya üzvdür.

Kitabxana Ələviyan məscidinin nəzdində müstəqil bir binada fəaliyyət göstərir. Həftədə 3 gün xanımlar, 3 gün isə kişilər kitabxanadan istifadə edir.”

 

Pərviz Tağıdostun sözlərinə görə, hazırda Marağanın 4 kəndində kitabxana fəaliyyət göstərir. Kitabxanalarda  toplam olaraq 4 min 500 cild kitab mövcuddur, onlardan 1 min 700-ü Ələviyan kəndinə aiddir. Bu kəndin kitabxanasındakı kitabların təxminən 500 cildi əhali tərəfindən bağışlanıb.

 

Ələviyan kəndi Şərqi Azərbaycan Əyalətində yerləşən Marağa şəhərinin 5 kilometrliyində yerləşir.

 

Qeyd edək ki, son vaxtlar Güney Azərbaycanın şəhər və kəndlərində kitab oxumağa maraq artıb. Kitablar əsasən bölgədəki xeyriyyəçi soydaşlarımız tərəfindən təmin olunur.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar