Şərqi Azərbaycanın daha bir istehsal müəssisəsində yüzlərlə işçi ixtisar edilib

2016-11-03 13:01

GünAz TV: Güney Azərbaycanda iqtisadi problemlərdən dolayı istehsal və sənaye müəssisələri ardıcıl olaraq bağlanılır, bəzilərində isə istehsalın azalması ilə bağlı işçilər ixtisar edilir.

 

Bu dəfə Binab Polad İstehsalı Kompleksində 400-800 arası işçinin ixtisar edildiyi bildirilir.

 

İran mətbuatında yayılan məlumata görə, zavodda (karxanə) noyabrın 2-dək 450 işçi rəsmən işdən çıxarılıb. Məsələyə mübasibət bildirən Təbriz, Azərşəhr və Üskünün İran parlamentindəki millət vəkili ixtisar edilən işçilərin məişət problemləri ilə bağlı öz narahatlığını dilə gətirib. “Müşahidələrə görə Binab Polad İstehsalı Kompleksinin 800 işçisi ixtisar edilib. Bu olduqca narahatedicidir. İşçilər istehsal müəssisəsində işlədiklərinə güvənərək ev alıb, ailə qurub və yüksək məbləğdə kreditlər alıblar. İndi bu insanlar işdən çıxarılır, şübhəsiz ki, onlar bir çox problemlə üz-üzə qalacaqlar”- deyə Məhəmməd İsmail Səidi qeyd edib.

 

Millət vəkili sənaye sahəsində əksər problemlərin Özəlləşdirmə Təşkilatı ilə bağlı olduğunu diqqətə çatdıraraq bildirib ki, Özəlləşdirmə Təşkilatının fəaliyyəti məqsədə uyğun şəkildə həyata keçirilmir, ona görə də harada bu təşkilatın izi varsa, oranın iqtisadiyyatında durğunluq və iflas müşahidə olunur.

 

M.Səidi Binab Polad İstehsalı Kompleksinin maliyyə probleminə xüsusi olaraq toxunub. “İşçilərin dediyinə görə, müəssisədə bir neçə aydır polad istehsalı aşağı düşüb və zavodun (karxanə) ümumi fəaliyyəti olduqca zəifləyib. Buna baxmayaraq şirkət rəhbərliyi işçilərin maaşını ödəyib. Şübhəsiz ki, bu vəziyyət davam edə bilməz və şirkət rəhbərliyi bir müddət sonra işçiləri ixtisar etməyə məcburdur”- deyə o vurğulayıb.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

“Bakıdan dəvət gələrsə, Türkiyə tərəddüd etməz” - Fuad Oktay

2020-10-22

gun az article

Cəbhədə oktyabrın 22-nə olan vəziyyət

2020-10-22

gun az article

Prezident: "Mincivan qəsəbəsi, Cəbrayıl, Füzuli və Zəngilan rayonlarının bir sıra kəndləri işğaldan azad olunub"

2020-10-22

gun az article

İran Ermənistanın xeyrinə saxta xəbərlər yayır

2020-10-21

gun az article

İranda daha 312 nəfər koronavirusdan vəfat edib, 5616 yeni növ “Covid-19”a yoluxma faktı qeydə alınıb

2020-10-21

gun az article

Kelly Craft: “İran Orta Şərqdə sülh və təhlükəsizliyə qarşı ən böyük təhdiddir”

2020-10-21

gun az article

İsrail Suriyada İran yaraqlılarının mövqelərini bombardman edib

2020-10-21

gun az article

Daha 2 erməni polkovnik məhv edildi

2020-10-21

gun az article

Müdafiə Nazirliyi: Qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir

2020-10-21

gun az article

Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinin bölmələri geri çəkilməyə məcbur edilib

2020-10-21

gun az article

İran rəsmisi: “Koronavirusdan ölənlərin gerçək statistikası rəsmi tribunalardan elan edilən rəqəmlərdən ikiqat yarımdan çoxdur”

2020-10-20

gun az article

Prezident İlham Əliyev: Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib

2020-10-20

gun az article

İranda daha 322 ölüm halı ilə koronavirusdan ölənlərin sayı 31 000 nəfəri ötüb

2020-10-20

gun az article

Amerika İran Gəmiçilik Şirkəti ilə əməkdaşlıq edən 6 Çin şirkətinə qarşı sanksiya qoyub

2020-10-20

gun az article

İranın Əlbürz əyalətində daha 27 nəfər koronavirusdan vəfat edib

2020-10-20

gun az article

Cəbhədə son vəziyyət: Düşmənin bir neçə zirehli texnikası, çox sayda canlı qüvvəsi məhv edilib

2020-10-20

gun az article

Müdafiə Nazirliyi: Düşmənin muzdlulardan ibarət dəstələri məhv edilib

2020-10-20

gun az article

Hikmət Hacıyev: Ermənistan bütün konvensiya və qanunları kobud şəkildə pozaraq Azərbaycan xalqına qarşı müharibə cinayətləri törətməkdə davam edir

2020-10-19

gun az article

Azərbaycan Prezidenti: Münaqişənin coğrafiyasını genişləndirmək istəyən Ermənistan çox yanlış yoldadır

2020-10-19

gun az article

“Qeyri-rəsmi məlumat və videoları yaymayın” - MN

2020-10-19