SON XƏBƏRLƏR

“Şərqi Azərbaycanla Türkiyə arasında turizm əlaqələri genişlənməlidir” – Valilik rəsmisi

2021.10.20, 07:36
“Şərqi Azərbaycanla Türkiyə arasında turizm əlaqələri genişlənməlidir” – Valilik rəsmisi

Gunaz.tv

GünAz TV: Şərqi Azərbaycan Valiliyinin siyasi məsələlər üzrə bölümünün rəisi Türkiyə Cümhuriyyəti ilə İran və Şərqi Azərbaycan Əyaləti arasında turizm və iqtisadi əlaqələrin daha da inkişaf etməsini istəyib.

 

Murtaza Məhəmmədzadə bu barədə oktyabrın 17-də Türkiyənin Təbrizdəki baş konsulu Hüseyn Güngörun Şərqi Azərbaycan şəhərlərinin icra hakimiyyəti başçıları ilə birgə keçirdiyi iclasda çıxış edib.

 

“Şərqi Azərbaycan Əyaləti İranda iqtisadi qütblərdən biridir. Araz Azad Ticarət Zonasının da bu əyalətdə yerləşməsi və Türkiyəyə olduqca yaxın olmağımız bizə imkan verir ki, iki ölkə arasında iqtisadi əlaqələri inkişaf etdirməkdə xüsusi rol oynayaq.”- deyə o bildirib.

 

Valilik rəsmisi sözlərinin davamında Şərqi Azərbaycanla Türkiyə arasında turizm əlaqələrinin daha da inkişaf etdirilməsini istəyib. “Əyalətimizdə bunun üçün böyük potensial var. Hesab eliyirəm ki, potensial imkanlarımızı tanıtdırmaqla Şərqi Azərbaycanı seçən türkiyəli turistlərin sayı da artacaq.”- deyə o əlavə edib.

 

Türkiyənin Təbrizdəki baş konsulu Hüseyn Güngür də iki ölkənin müxtəlif bölgələri arasında ticarət əlaqələrinin inkişaf etməsinə tərəfdar olduğunu vurğulayıb.

“Biz əlaqələrimizdə bir-birimizin təcrübəsindən istifadə edib və yaxşı işlərimizi inkişaf etdirməliyik. Elə işlər görməliyik ki, hər iki ölkənin xeyirinə olsun. Hesab eliyirəm ki, türk iş adamlarını Şərqi Azərbaycan şəhərlərinin potensial iqtisadi imkanları ilə tanış etmək lazımdır. Yalnız bu şəkildə gələcəkdə iqtisadi əlaqələrimizin inkişafı uğrunda müsbət addım atmaq mümkündür.”-dəyə baş konsul qeyd edib.

 

İclasda Mərənd, Binab (Bin ev) və Bostanabad şəhərlərinin icra hakimiyyəti başçıları təmsil etdikləri məntəqələrin potensial ticarət və iqtisadi imkanlarından söz açıblar. Qərara alınıb ki, adını çəkdiyimiz şəhərlərin iş adamları ilə türkiyəli yatırımçıların arasında birgə toplantı keçirilsin.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar