SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanı İran neft tankerini xilas edib

2021.10.20, 07:36
Səudiyyə Ərəbistanı İran neft tankerini xilas edib

Gunaz.tv

GünAz TV: Səudiyyə Ərəbistanı Sahil Qüvvələri Qırmızı dənizdə texniki problemlə üzləşən İran neft tankerini xilas edib.

 

Ərəbistan media orqanlarının məlumatına əsasən, “Happiness-1” adlı İran gəmisi Sahil Qüvvələri ilə təmasa keçərək, gəmidə yaranmış texniki nasazlıq səbəbindən,  kömək istəyiblər.

 

Ciddə şəhərinin 70 kilometr cənubunda hərəkət edən gəminin motorunun öz işini dayandırdığı bildirilir. Tankerdə 24 iranlı, 2 banqladeşli gəmiçi olub və onlar heç bir xəsarət almayıblar.

 

Qeyd etmək lazımdır ki, tanker bu gün Amerikanın İrandan neft alan istisna ölkələrə tanıdığı möhlət müddətinin başa çatması ilə eyni gündə qəzaya uğrayıb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar