SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanı İrana məxsus şübhəli gəmi “Saviz”in ekipaj üzvlərini xilas edib- Foto

2021.10.20, 07:36
Səudiyyə Ərəbistanı İrana məxsus şübhəli gəmi “Saviz”in ekipaj üzvlərini xilas edib- Foto

Gunaz.tv

GünAz TV: Səudiyyə Ərəbistanı Yəmənin “Əl-Hüdeydə” limanı yaxınlığında İrana məxsus “Saviz” gəmisinin yaralı ekipaj üzvlərini xilas etdiyi barədə məlumat yayıb.

 

Ərəb Koalisiyasının məlumatına görə, iyunun 4-də İran gəmisi ekipaj üzvlərinin ağır yaralandığı üçün onlardan kömək istəyib. Koalisiya qüvvələri bu kömək çağırışına müsbət cavab verib və helikopterlə yaralıları xilas edərək hərbi xəstəxanaya yerləşdirib.

 

Ərəbistana məxsus xəbər agentlikləri bildirirlər ki, İranın Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi də məsələ ilə bağlı öz səudiyyəli həmkarına müraciət edib və kömək işləri dərhal başladılıb.

 

Helikopterdən öncə “Saviz” yaxınlığında olan koalisiyaya məxsus gəmilərdən biri ekipaj üzvlərinə ilkin tibbi yardım göstərib. Daha sonra yaralılar helikopterlə hərbi hospitala aparılıblar. Onların hansı şəraitdə yaralandığı barədə məlumat verilmir.

 

Qeyd etmək lazımdır ki, təqribən bir ildir ki, Babül-Məndəb boğazında lövbər salmış İrana məxsus “Saviz” gəmisinin fəaliyyəti barədə uzun müddətdir şübhəli məqamlar mövcuddur. Baxmayaraq ki, “Saviz” Qırmızı dənizdə ticari gəmi adı altında fəaliyyət göstərir, lakin o, əslində hərbi təyinatlıdır.

 

 

Bu gəmi faktiki olaraq regionda kəşfiyyat məlumatları əldə edərək onları terror hücumları həyata keçirmək üçün husilərə verir.

 

Müxtəlif kəşfiyyat orqanlarının ticari fəaliyyət adı altında bölgədə möhkəmlənən gəmidən çəkdiyi şəkillərdə açıq-aydın görünür ki, onun üzərində sürətli qayıqlar, 23 millimetrlik hava hücumu əleyhinə toplar və hərbi radarlar quraşdırılıb. Ticari gəmilər isə heç vaxt belə hərbi təchizatlarla təchiz edilmir.

 

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar