SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanı və BƏƏ İrana 95 ton humanitar yardım göndərib

2021.10.20, 07:36
Səudiyyə Ərəbistanı və BƏƏ İrana 95 ton humanitar yardım göndərib

Gunaz.tv

GünAz TV: Birləşmiş Ərəb Əmirliklərinin Qızıl Aypara Cəmiyyəti Səudiyyə Ərəbistanı ilə birlikdə İranda sel fəlakəti ilə üzləşmiş əhaliyə 95 ton həcmində humanitar yardım göndərib.

 

İran Qızıl Aypara cəmiyyətinin dünya ölkələrinə kömək üçün etdiyi müraciət əsasında göndərilən yardım qida və çadırdan ibarətdir.

 

BƏƏ Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamada bildirilir ki, qurum sel nəticəsində çətin vəziyyətdə qalan əhaliyə yardım etmək üçün əlindən gələn heç bir köməyi əsirgəmir.

 

Müxtəlif media orqanlarında yayılan məlumatlara əsasən, yardımlar BƏƏ-nin xəlifəsi Zayid Əl-Nəhyanın birbaşa göstərişi və digər əmirlərin iştirakı ilə hazırlanıb.

 

Son illər ərzində İran BƏƏ və S.Ərəbistanına qarşı düşmənçilik siyasəti yürüdür. Hətta rəsmi Tehranın Ərəbistanın daxili işlərinə qarışması iki ölkə arasında diplomatik münasibətlərin kəsilməsinə səbəb olub.

 

Qeyd etmək lazımdır ki, İranda baş vermiş sel nəticəsində ən azı 76 nəfər ölüb, mindən çox insan yaralanıb. Ölkəyə milyardlarla dollar zərər dəyib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar