SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanında ilk dəfə qadınlar arasında marafon keçiriləcək

2021.10.20, 07:36
Səudiyyə Ərəbistanında ilk dəfə qadınlar arasında marafon keçiriləcək

Gunaz.tv

GünAz TV: Səudiyyə Ərəbistanının hökuməti ölkə tarixində ilk dəfə krallıq ərazisində qadınlar arasında marafon yarışının keçirilməsinə icazə verib.

 

"Report" TASS-a istinadən xəbər verir ki, marafon 2018-ci ilin aprel ayında Məkkədə bağlı məkanda baş tutacaq.

 

"İlk marafonda mümkün qədər çox qadının iştirak etməsi üçün hər şeyi etməyə çalışacağıq. Belə tədbirin təşkilatçıları sırasında olmaq böyük məsuliyyətdir", - deyə qaçışın baş tutacağı salonun sahibi olan "Əl-Vahda" klubunun prezidenti Əhməd Teyib bildirib.

 

Qeyd edilir ki, marafonda 18 yaşdan yuxarı qadınlar iştirak edə biləcəklər. Qaliblərə mükafatlar təqdim olunacaq.

 

Bu ölkədə qadınlar arasında açıq havada ilk marafon isə 2019-cu ildə keçiriləcək.

 

N.S

 

  

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar