SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanında qadınlar üçün NÖVBƏTİ İLK

2021.10.20, 07:36
Səudiyyə Ərəbistanında qadınlar üçün NÖVBƏTİ İLK

Gunaz.tv

GünAz TV: Səudiyyə Ərəbistanında qadınlar üçün bir ilk baş verəcək.

 

12 yanvar tarixində qadınlar ilk dəfə futbol matçını izləmək üçün stadiona daxil ola biləcəklər.

 

Bu barədə ölkənin Məlumat Nazirliyi xəbər yayıb.

 

Qadın izləyicilərə açıq olan ilk futbol matçı isə professional liqada oynayan "Əl-Əhli” və "Əl-Bətih” komandaları arasında baş tutacaq.

 

Qeyd edək ki, Səudiyyə şahzadəsi Məhəmməd ibn Salman hakimiyyətdə idarəçiliyi ələ keçirdikdən sonra "Yumşaq İslam” siyasəti tətbiq etməyə başlayıb və xüsusilə, qadınların sərbəstliyi üçün bir neçə qərar qəbul edib. Bunlar arasında qadınların avtomobil idarə etməsi, kinoya getməsi kimi qərarlar da var. publika.az

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar