SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanında qadınlara ərlərinin razılığı olmadan biznes qurmaq icazəsi verilib

2021.10.20, 07:36
Səudiyyə Ərəbistanında qadınlara ərlərinin razılığı olmadan biznes qurmaq icazəsi verilib

Gunaz.tv

GünAz TV: Səudiyyə Ərəbistanında qadınlar ərlərinin və ya kişi cinsindən olan qohumunun razılığı olmadan da bizneslərini qura və apara biləcəklər.

 

Xarici mətbuatda yayılan məlumata görə, bu barədə ölkənin Ticarət və İnvestisiya Nazirliyindən bildirilib.

 

Qeyd edək ki, bir neçə gün əvvəl Səudiyyə Ərəbistanında qadınlar müstəntiq kimi çalışmağa başlayıb, iyun ayından isə motosiklet və yük maşınları sürə biləcəklər. Səudiyyə Ərəbistanında qadınların hüquqlarının genişləndirilməsi tendensiyası vəliəhd Məhəmməd bin Salman əl-Səudun islahatçı siyasətinin nəticəsidir. "Report"

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar