SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanında qara çarşab məcburiyyəti aradan qaldırılır

2021.10.20, 07:36
Səudiyyə Ərəbistanında qara çarşab məcburiyyəti aradan qaldırılır

Gunaz.tv

GünAz TV: Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salman ölkə qadınlarının qara çarşab geymək məcburiyyətinin olmadığını deyib.

 

APA-nın xəbərinə görə, bunu şahzadə Amerika Birləşmiş Ştatlarının (ABŞ) CBS kanalına müsahibəsində deyib. O bildirib ki, şəriət qanunları çox açıqdır: “Qadınlar da kişilər kimi cəmiyyətin qaydalarına uyğun və hörmətli bir şəkildə geyinməlidir. Bu geyimin qara çadra olması şərt deyil. Qadınların hansı münasib, abırlı geyimi seçmələri onların özlərindən asılıdır”, - deyə 32 yaşlı şahzadə söyləyib.


Məhəmməd bin Salman qeyd edib ki, 1979-cu ildən əvvəl Səudiyyə Ərəbistanında insanlar normal həyat tərzi yaşayıb: “Qadınlar maşın sürə bilirdi. Ölkədə kinoteatrlar var idi və qadınlar hər yerdə işləyə bilirdi. Artıq iyun ayında onlar yenidən sükan arxasına keçə biləcəklər. Biz onlara öz işlərini qurmaq üçün də yardım göstərəcəyik”.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar