SON XƏBƏRLƏR

Səudiyyə hökuməti: “Husilərin Ər-Riyada atdığı İran raketini səmada məhv etmişik”

2021.10.20, 07:36
Səudiyyə hökuməti: “Husilərin Ər-Riyada atdığı İran raketini səmada məhv etmişik”

Gunaz.tv

 GünAzTV: Səudiyyə Ərəbistanının İnformasiya Nazirliyi dekabrın 19-da İran tərəfdarı olan şiə-husilrin Yəməndən Ər-Riyada atdığı yeni “Borkan H2” (Atəşfəşan) ballistik raketi barədə bəyanat yayıb.

 

Nazirliyin məsələ ilə bağlı bəyanatı, yaraqlı husilərin sözçüsü, Məhəmməd Əbdülsəlamın həmin gün “Twitter” səhifəsində Ər-Riyada atdıqları yeni raketlə bağlı xəbər yaymasından bir neçə saat sonraya təsadüf edib.

 

Bəyanatda bildirilir ki, şiə-husilərin Yəməndən Ər-Riyada atdığı İran raketi, paytaxt səmasında Səudiyyə Ərəbistanının hava qüvvələri tərəfindən məhv edilib: “Ərəb koalisiyası qüvvələri atılan raketin səmada məhv edildiyini artıq təsdiqləyiblər. Səudiyyə Kralının Yəmamə sarayına atılan raket, səmada məhv edildiyinə görə hər hansı bir insan tələfatı qeydə alınmayıb”.

 

                                      ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley

 

Hadisədən az sonra jurnalistlərə açıqlama verən ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley, məsələyə münasibət bildirərək deyib ki, dekabrın 19-da Ər-Riyada atılan “Borkan H2” raketi, İranın bundan əvvəl husilərə verdiyi və onların Səudiyyə paytaxtına qarşı əvvəlki  hücumlarında istifadə etdiyi raketlərə bənzəməsi ilə yanaşı eyni nişanələrə malikdir”.  

 

A.M

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar