SON XƏBƏRLƏR

Səudiyyə kralı Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələri İran qarşısında birliyə çağırıb

2021.10.20, 07:36
Səudiyyə kralı Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələri İran qarşısında birliyə çağırıb

Gunaz.tv

GünAzTV: Dekabrın 9-da Ər-Ryadda keçirilən Körfəz Əməkdaşlıq Şurasına üzv ölkə başçılarının toplantısında çıxış edən Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz əs-Səud, şuraya üzv ərəb ölkələrini İrana qarşı birgə əməkdaşlığa çağırıb.

 

Kral Salman bildirib ki, şuraya üzv ölkələr “İran və terrorizm” qarşısında öz birliyini möhkəmləndirməli, qoruyub saxlamalıdır: “Bu gün vacib və önəmli məsələ ondan ibarətdir ki, biz bölgənin və dünyanın sülh və təhlükəsizliyini təmin etmək üçün bütün imkanlarımızı səfərbər edərək qoruyub saxlamalı, tərəfdaşlarımızla əməkdaşlığımızı genişləndirməliyik.

 

Təəssüflər olsun ki, İran rejimi hələ də öz qonşularının daxili işlərinə qarışır və bu müdaxiləsini davam etdirir. Vəziyyət belə olan halda demək olar ki,  bu gün region  ekstremizm və terrorizm təhlükəsi ilə üz-üzə qalıb”.  

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar