Səudiyyə rəsmisi: “Biz, islam dünyasını öz hegemonluğu altına almağa çalışan İran rejimi ilə necə müzakirə apara bilərik”

2017-05-03 08:23

GünAzTV: Səudiyyə Ərəbistanının müdafiə naziri, bu ölkənin vəliəhdinin canişini Məhəmməd Bin Salman mayın 2-də MBC telekanalına müsahibəsində İranın bölgədə yaymaq istədiyi radikal şiə ideologiyasından və rəsmi Tehranın qonşu ərəb ölkələrinin daxili işlərinə qarışmasından danışıb.

 

Səudiyyə rəsmisinin bu açıqlaması, İranın xarici işlər naziri Məhəmmədcavad Zərifin həmin gün bəzi ölkələrin Tehranla Ər-Riyad arasında vasitəçilik missiyasına mövqeyini bildirməsindən bir neçə saat sonraya təsadüf edib.

 

İranın region ölkələrinə qarşı təhdidindən danışan Məhəmməd Bin Salman bildirib ki, Səudiyyə Ərəbistanı, bölgədə radikal şiəçiliyi yaymaqla müsəlman ölkələrə hakim olmağa cəhd göstərən İran İslam Respublikası ilə danışıqlar aparmayacaq: “İran rəsmilərinin bölgədə yürütdüyü siyasətin məntiqi, zühurunu gözlədikləri “Həzrət Mehdi”nin gəlişinə zəmin və şərait yaratmaq düşüncəsinə söykənir. Biz, belə bir radikal ideologiyaya malik olan, regionda şiəçiliyi yaymaq yolu ilə müsəlman ölkələrini və islam dünyasını öz hegemonluğu altına almağa çalışan İran rejimi ilə necə müzakirələr apara bilərik.

 

İranın bölgədə yürütdüyü siyasətdə əsas məqsədi, Səudiyyə Ərəbistanına zərbə vurmaq,  ona zərər və ziyan yetirməkdir. Nə qədər ki, İran  bu niyyətindən əl çəkməyib, bizim Tehranda mövcud ixtilafları aradan qaldırmaq üçün danışıqlar aparmağımız mümkün olmayacaq. İranın Ər-Riyada münasibəti və yanaşma tərzi heç vaxt səmimi olmayıb. Elə buna görə də hesab edirəm ki, iki ölkə arasında qarşılıqlı əlaqələrin yaxşılaşdırılmasın vacibliyi ilə bağlı səsləndirdirilən bəyanatlar qeyri-ciddidir. Bu, daha çox bir zarafata bənzəyir”.

 

İranın xarici işlər naziri Məhəmmədcavad Zərif, mayın 2-də jurnalistlərə açıqlamasında Tehranla Ər-Riyad arasında vasitəçilik edilməsi məsələsinə münasibət bildirib: “Biz, ölkələrimiz arasında vasitəçilik edilməsi təklifini heç vaxt rədd etməmişik. Bu günə qədər Pakistan, İndoneziya, Qazaxıstan və Rusiya rəsmiləri bu barədə təkliflər irəli sürüblər. Biz də buna qarşı çıxmamışıq. Biz Səudiyyə Ərəbistanı ilə qarşıdurma tərəfdarı deyilik. Bizim Səudiyyə Ərəbistnı ilə problemimiz vasitəçilik məsələsi deyil. Söhbət ondadır ki, bu ölkə regionda çaxnaşma yaratmaq istəyir. Hesab edirik ki, Səudiyyə rəsmilərinin zehniyyəti və yürütdükləri siyasət üsulu dəyişməlidir”.

A.M

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Polşa NATO sərhədlərini qorumaq üçün türk PUA-larını göndərəcək

2021-06-20

gun az article

Ermənistanda seçki məntəqəsində atışma olub

2021-06-20

gun az article

AZAL Tel-Əvivə xüsusi uçuşlara başlayır

2021-06-20

gun az article

Ermənistanda seçki gərginliyi: Polis Köçəryanın qərargahına basqın etdi

2021-06-20

gun az article

Bolnisidə silahlı insident: abxaz gənc öldürüldü

2021-06-20

gun az article

Bayden İsrail prezidenti ilə görüşəcək

2021-06-20

gun az article

Anar Eyvazov: “Hazırda mütəxəssislər mina xəritələrinin tam təhlilini aparır”

2021-06-20

gun az article

Mövlut Çavuşoğlu: “Ermənistan səhvlərindən dərs alıb sülhlə bağlı fürsəti dəyərləndirsin”

2021-06-20

gun az article

Ermənistanda parlament seçkiləri başlayıb

2021-06-20

gun az article

Azərbaycan XİN Ermənistana cavab verdi

2021-06-19

gun az article

Fransada təyyarənin partlaması nəticəsində 2 nəfər ölüb

2021-06-19

gun az article

İstanbulda zəlzələ olub

2021-06-19

gun az article

Azərbaycanda daha 38 nəfər COVID-19-a yoluxub, ölən yoxdu

2021-06-19

gun az article

Qarabağda qalıqları tapılan erməni hərbçilərin sayı açıqlandı

2021-06-19

gun az article

Pakistan Quru Qoşunlarının komandanı Azərbaycana gələcək

2021-06-19

gun az article

Rusiyada təyyarə sərt eniş edib – 7 nəfər ölüb, yaralılar var

2021-06-19

gun az article

Xamneyi: “Bu seçkinin böyük qalibi İran millətidir”

2021-06-19

gun az article

Azərbaycan şahinləri “Anadolu Qartalı – 2021”ə hazırlaşır – FOTO

2021-06-19

gun az article

Ceyhun Bayramov: "Biz Ermənistanı sülhə çağırmışıq və çağırırıq"

2021-06-19

gun az article

Pakistan azad edilmiş ərazilərin bərpasında iştirak edəcək

2021-06-19