SON XƏBƏRLƏR

Seul və Vaşinqton dəniz piyadalarının birgə təlimlərinə başlayıb

2021.10.20, 07:36
Seul və Vaşinqton dəniz piyadalarının birgə təlimlərinə başlayıb

Gunaz.tv

GünAz TV: Koreya Respublikası və Amerika Birləşmiş Ştatları (ABŞ) yarım illik fasilədən sonra noyabrın 5-də dəniz piyadalarının tabor səviyyəsində müştərək təlimlərinə başlayıb.

 

TASS informasiya agentliyinin yaydığı məlumatda bildirilir ki, Koreya Respublikasının Milli Müdafiə Nazirliyinin məlumatına əsasən, manevrlərdə hər iki tərəfdən 500-ə yaxın hərbçi, həmçinin piyadaların desant-hücum döyüş maşınları iştirak edəcək. ABŞ təlimlərdə Yaponiyada dislokasiya olunan dəniz piyadalarının 3-cü Ekspedisiya Korpusunun hərbçiləri ilə təmsil olunacaq. Koreya Respublikasının cənub-şərqində yerləşən Phohan rayonunda baş tutacaq manevrlərin məqsədi “müştərək müdafiə vəziyyətini gücləndirmək” və qarşılıqlı əlaqə səviyyəsini artırmaqdır.

 

Qeyd edək ki, 2018-ci ildə 18 belə manevr planlaşdırılsa da, onların bir hissəsi Seul və Pxenyan arasında münasibətlərin istiləşməsi fonunda ləğv olunub. 2019-cu ildə isə dəniz piyadalarının 24 birgə manevri keçirilməlidir.

 

Seul təlimlərin miqyasının kiçik olması səbəbindən KXDR-in (Şimali Koreya) buna tənqidi yanaşmayacağına ümid edir. Bir qədər əvvəl Cənubi Koreya və ABŞ-ın avqust ayına planlaşdırılan miqyaslı “Ulchi Freedom Guardian” və dekabra planlaşdırılan “ВВС Vigilant Ace” təlimləri ləğv edilmişdi. AZƏRTAC

 

N.S

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar