Seulda 20 Yanvar faciəsinin 27-ci ildönümü qeyd olunub

2017-01-19 14:07

GünAz TV: 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar Koreyanın yerli media nümayəndələri, elm adamları və Koreyada təhsil alan azərbaycanlı tələbələrimizin iştirakı ilə Səfirlikdə anım mərasimi keçirilib.

 

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən səfir R.Teymurov 20-ci əsrdə Azərbaycanın azadlıq mübarizəsinin tarixi haqda ətraflı məlumat verərək, 20 Yanvar faciəsinin xalqımızın tarixi yaddaşında şanlı səhifələrindən biri olduğunu bildirib və 27 il öncə müstəqillik və suverenlik uğrunda mübarizəyə qalxmış xalqımızın başına gətirilən faciədən bəhs edib. Bir çox xalqların tarixində olduğu kimi Koreya xalqının müstəqillik tarixində baş vermiş hadisələrlə paralellər aparılaraq, Sovet İttifaqının müstəqillik uğrunda mübarizəyə qalxmış millətlərin azadlıq arzusunu boğmaq cəhdinin əsas mahiyyəti haqda tədbir iştirakçılarına geniş məlumat verib. Tədbirin sonunda 20 yanvar faciəsinə dair filim nümayiş etdirilib və foto sərgi təşkil edilib.

 

Bununla yanaşı, Səfirlik tərəfindən 20 yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar Koreya mətbuatında bir sıra məqalələr dərc edilib. Belə ki, 16-17 yanvar tarixlərində koreya və ingilis dillərində nəşr edilən “Korea Post” qəzetində “20 Yanvar: Azərbaycan müstəqillik mübarizəsinin ildönümü”, “Azərbaycan 20 Yanvar faciəsinin 27-ci ildönümünü qeyd edir” və “20 yanvar hadisəsinin səbəbləri və nəticələri” adlı məqalələr dərc olunub.

 

Məqalələrdə keçmiş Sovet İttifaqının dağılmasında başlıca rol oynayan Sovet Respublikalarında başlanmış milli azadlıq hərəkatlarından bəhs edilib, həmçinin, həmin ərəfədə Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda mübarizəyə qalxmış dinc əhaliyə, soydaşlarımıza qarşı törədilmiş amansız və dəhşətli cinayət haqqında ətraflı məlumatlar əksini tapıb. Məqalələrdə o cümlədən 20 yanvar hadisələri Azərbaycan xalqının milli azadlıq ruhuna qarşı yönəlmiş təcavüz kimi qiymətləndirilib, Sovet rəhbərliyinin bu kimi dəhşətli cinayətlərlə Azərbaycan və digər sovet xalqlarının mübarizə əzmini qıra bilmədiyi qeyd edilib.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Ermənistanın Baş Prokurorluğu qarşısında toqquşmalar olub, saxlanılanlar var

2021-04-22

gun az article

Mikayıl Cabbarov: “Azərbaycan İsraildə turizm və ticarət bürosu açmağı planlaşdırır”

2021-04-22

gun az article

Azərbaycanda daha 2610 nəfər COVID-19-dan sağalıb, 39 nəfər vəfat edib

2021-04-22

gun az article

Fransalı hüquqşünaslar Gəncəyə səfər edib

2021-04-22

gun az article

Sabah YAP İdarə Heyətinin iclasında Hüseynbala Mirələmovun məsələsinə baxılacaq

2021-04-22

gun az article

DİN kibercinayətkarlıqla bağlı vətəndaşlara müraciət edib

2021-04-22

gun az article

Türkiyəyə göndərilən daha 2 qazimiz sağalaraq Vətənə qayıtdı

2021-04-22

gun az article

Rusiya ordusunu Ukrayna sərhədlərindən geri çəkir: Şoyqu təlimlərin bitdiyini açıqladı

2021-04-22

gun az article

Cəbrayılın Şahvələdli kəndi - VİDEO

2021-04-22

gun az article

Abbas Axundi: “Sanksiyalardan yayınmaq üçün 400 milyard dollar xətcləmşik”

2021-04-22

gun az article

Fransalı hüquqşünas Ağdamda açıqlama verib: “Avropalılar bura gəlib, hər şeyi öz gözü ilə görməlidir”

2021-04-22

gun az article

Akar: “Azərbaycan və Ermənistan arasında atəşkəs yeni bir səhifənin açılması üçün fürsətdir”

2021-04-22

gun az article

İranda COVİD-19-dan daha 453 nəfər vəfat edib: Virus qurbanlarının sayı 68 min nəfəri keçib – RƏSMİ STATİSTİKA

2021-04-22

gun az article

Mərivanda kürdlərlə silahlı qarşıdurma: 2 “Sepah”çı öldürüldü

2021-04-22

gun az article

İsrail səfirinin müavini Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib

2021-04-22

gun az article

Abşeron rayonunda Palçıq Vulkanları Turizm Kompleksinin təməli qoyulub

2021-04-22

gun az article

“Yeni klinika”nın direktoru həbs edildi

2021-04-22

gun az article

Qarabağda ölən erməni hərbçilərə təzminat verilir - Rəsmi ölü sayı 4 mini keçib

2021-04-22

gun az article

MAQATE: “İran Nətənz təsisatında inkişaf etdirilmiş əlavə sentrifuqalar quraşdırıb”

2021-04-22

gun az article

“İranın bu hərəkəti islam həmrəyliyi ilə bir araya sığmır”-Baş redaktor

2021-04-22