SON XƏBƏRLƏR

Hüseyn Salami: “Ölkədə istehsal etdiyimiz pilotsuz uçuş aparatları istənilən yerdə əməliyyat keçirə, eniş edə bilərlər”

2021.12.08, 14:19
Hüseyn Salami: “Ölkədə istehsal etdiyimiz pilotsuz uçuş aparatları istənilən yerdə əməliyyat keçirə, eniş edə bilərlər”

Gunaz.tv

Öz populist və pafoslu çıxışları ilə tanınan Hüseyn Səlami iddia edib ki, İran İslam Respublikası öz daxili imkanlarından istifadə edərək elmin bir çox şaxələrində çoxlu nailiyyətlər əldə edib.

“Biz islam inqilabından əvvəl peyklər haqqında hər şey oxuyardıq, lakin bir gün özümüz də onları istehsal edə biləcəyimizi ağlımıza belə gətirə bilməzdik. 

Lakin bu gün 64 min hissədən ibarət olan peyklər və onları orbitə yerləşdirən raketlər istehsal edə bilirik. Bu isə onu göstərir ki, biz elmi baxımdan xeyli inkişaf etmiş, yüksək nailiyyətlər əldə etmişik.

Bunun nümunəsi də bu gün ölkədə isehsal etdiyimiz müxtəlif növlü pilotsuz uçuş aparatlarıdır. 

Bizim isehsal etdiyimiz pilotsuz uçuş aparatları istənilən yerdə əməliyyat keçirmək, eniş etmək qabiliyyətinə malikdirlər. Baxmayaraq ki, biz sanksiyalara məruz qalmışıq və bu yolda heç kəs bizə yardım etməyib.

Biz öz iradə və gücümüzə və daxili imkanlarımıza söykənərək belə yüksək bir yerə çatmışıq”, -deyə SEPAH terror təşkilatının baş komandanı Hüseyn Salami bildirib.

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar